Qiymətli Kağızlar Üzrə Mütəxəssis

Qiymətli Kağızlar Üzrə Mütəxəssis

GL ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    08 iyun 2023

  • Bitmə tarixi

    08 iyul 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Qiymətli Kağızlar Üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

“GL ASC”  İnvestisiya şöbəsinə qiymətli kağızlar üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifələr:

  • Maliyyə bazarların xüsusilə qiymətli kağızlar bazarının analitikası sahəsində təcrübəli  olmaq
  • Qiymətli kağızlar buraxılışları üzrə qanunvericilikə tələb olunan sənədləri hazırlamaq ( emissiya haqqında qərar, emissiya prospekti və s.)
  • Qiymətli kağızlar üzrə buraxılışların və onların sahiblərinin uçotunu aparmaq
  • Qiymətli kağızlar üzrə investisiyaların cəlb edilməsi üzrə müvafiq tədbirlər görmək
  • Qiymətli kağızların dövlət qeydiyyatına alınmasına dair tədbirlər görmək
  • Investisiya şirkətlərinə sifarişlərin verilməsi üzrə təkliflər hazırlamaq
  • Qiymətli kağızların dövriyyədən çıxarılması üzrə müvafiq tədbirlər görmək
  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun üzrə müvafiq tədbirlər görmək
  • Təşkilatın hesabatlarını mütəmadi təhlil etmək və təşkilatla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq
  • Sığorta ehtiyatlarının strukturunu (müddət, valyuta və s.) təhlil etmək və aktivlərin uyğunluğunu müqayisə etmək
  • Şirkətin digər struktur bölmə və orqanlarının sorğusuna əsasən investisiyalar üzrə təhlillər hazırlamaq
Namizədə tələblər:
  • Hesabatlıq (Prudensial və Maliyyə) sahəsində və ya Bankların fəaliyyətinin təhlili sahəsində 2 il iş təcrübəsi tələb olunur;
  • Maliyyə, İqtisadiyyat, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və ya Mühasibatlıq ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur. Magistr təhsili arzu olunandır;
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərində yaxşı səviyyədə bilməlidir
  • Böyük məlumat bazaları ilə işləmək bacarığı; Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı; Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq; Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları
  • Riyaziyyat, məntiq və statistika üzrə biliklər
  • Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problemlərin həlledilməsi, geniş perspektiv, gələcəyi planlaşdırma

İş qrafiki:

  • İş saatları 6 günlük qrafik (iş rejimi) : 09:00-17:00, Şənbə 10:00-15:00 , İstirahət vaxtı 13:00-14:00
  • Ə/h: Razılaşma yolu  ilə
  • Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini Qiymətli Kağızlar Üzrə Mütəxəssis başlığı ilə vakansiya@glmmc.az  elektron ü̈nvanına göndərməkləri xahiş olunur.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox