Regional rəhbər (Qusar rayonu üzrə)

Regional rəhbər (Qusar rayonu üzrə)

AMORİS MMC
  • Şəhər

    Qusar

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    17 yanvar 2025

  • Bitmə tarixi

    21 fevral 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Regional Menecer vakansiyaları üçün bura keçid edin!

 

Vəzifə öhdəlikləri:

  • Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
  • Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi,sifarişlərin təmin edilməsinin təşkilinə nəzarət;
  • Sahələrdə yerinə yetirilmiş tikinti işləri üzrə zəruri sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
  • Layihələrin icrası prosesində (10 t Soyuducu anbar, 500 ha İntensiv bağlar, Beton məmulatları və Plastik tara istehsalı) yaranmış hər hansısa bir dəyişiklik və ya problemlərin həllində düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli, komanda üzvlərinə rəy, məsləhətlərin verilməsi və yeniliklərə təşviq edilməsi;
  • Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan prioritetlərin müəyyən edilməsi, tətbiqi,qiymətləndirilməsi, yenilənməsi, işçilik siyasətinin düzgün işlənməsinə nəzarət edilməsi,normativlərin icrasına nəzarət, məhsul yığımının vaxtında və itgisiz toplanması üçün mövsumi işçilərin cəlb edilməsi, yığımın səmərəli və standarta uyğun aparılmasının təşkili;
  • Layihələrdə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi,
  • Mövsümi işlərdə agrotexniki işlərin gedişatını izləmək üçün tədbirlər planının hazırlanması, müvafiq yoxlama üsullarından istifadə edərək, görüləcək işlərin icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması,Layihənin normativ məhsuldarlığının təmin edilməsi üçün ardıcıl və planlı fəaliyyət;
  • İstehsal Layihələrinin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi,
  • Layihə ilə bağlı gündəlik hesabatların Mərkəzi ofisə (rəhbərliyə) təqdim edilməsi.

 

 Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 5 il iş stajı
  • Yüksək səviyyədə MS Office proqramları, 1C, Mercury
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
  • İdarəetmə bacarığı

 

İş şəraiti:

  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki: 6 günlük iş rejimi
  • Nahar şirkət tərəfindən təmin olunur
  • İş yeri Qusar, Ləgər Qışlaq
  • Əmək haqqı razılaşma yolu ilə

 

Elan #858226

  • 2172

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox