“Positive Psychology Center” MMC “Reprezant şöbəsinin müdiri” vakansiyasını açıq elan edir.
İş yeri: Pozitiv Psixologiya Mərkəzi (Bakı)
Əmək haqqı: 1500+ AZN(əlavə bonuslar)
Vəzifə və Öhdəliklər:
- Psixologiya mərkəzimizin xidmətlərini və məhsullarını (psixoloji təlimlər, uşaq oyuncaqları, maarifləndirici materiallar və digər psixoloji məhsullar) tanıtmaq;
- Həkimlər və mütəxəssislərlə əməkdaşlıq qurmaq, onlara mərkəzimizin məhsullarını və xidmətlərini təklif etmək;
- Müxtəlif tədbirlərin və layihələrin təşkilində iştirak etmək.
- Reprezant komandasını idarə etmək və fəaliyyətlərini koordinasiya etmək;
- Yeni müştəri bazası formalaşdırmaq və mövcud müştərilərlə əlaqələri saxlamaq;
- Satış hədəflərinə çatmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək;
Tələblər:
- Ən azı 2 il müvafiq sahədə (reprezant və ya satış) iş təcrübəsi;
- Həkimlər və digər sahə mütəxəssisləri ilə iş təcrübəsi mütləqdir;
- Kompüter bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı.
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Planlama, təşkilatçılıq və idarəetmə qabiliyyəti;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili üstünlükdür);
Biz nə təklif edirik?
- Yüksək əmək haqqı və satışlardan əlavə bonuslar;
- Rahat və müasir iş mühiti;
- Təlim və inkişaf imkanları;
- Peşəkar komanda ilə əməkdaşlıq.