“Rabitəbank” ASC Rəqamsal Sistemlərin inkişafı departamenti, Rəqəmsal xidmətlərin inkişafı şöbəsinə Mütəxəssis (Rəqəmsal Dəstək üzrə) vəzifəsi üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri :
- Fiziki və korporativ müştərilər üçün mobil bankçılıq tətbiqləri və Telegram botu ilə bağlı texniki problemlərin araşdırılması və həlli;
- Call center və digər bank strukturlarından daxil olan texniki nasazlıqları araşdırmaq, ilkin dəyərləndirmə aparmaq və zərurət olduqda texniki heyətə yönləndirmək;
- PL/SQL biliklərindən istifadə edərək verilənlər bazasında sorğun icrası və analiz edilməsi;
- REST API-lərlə işləmək, problemləri diaqnostika və test etmə bacarığı;
- Daxil olan telefon zənglərinə cavab vermək və müştərilərin sorğunu cavablandırmaq;
- Müştəri problemlərinin operativ və effektiv həll edilməsini təmin etmək;
- Core bankçılıq sistemi ilə qarşılıqlı əlaqədə işləmək.
Namizəd üçün Tələblər:
- Azı 1 il texniki dəstək sahəsində iş təcrübəsi;
- PL/SQL biliklərinin olması;
- REST API anlayışı və bu sahədə təcrübə;
- Call center və digər şöbələrlə effektiv kommunikasiya bacarığı;
- Problemləri analiz edib tez bir zamanda həll etmə bacarığı;
- Bank sistemləri və mobil bankçılıq üzrə təcrübə üstünlükdür;
- Bank sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.