Rəqəmsal əməliyyatlara dəstək üzrə Mütəxəssis/ Aparıcı Mütəxəssis

Rəqəmsal əməliyyatlara dəstək üzrə Mütəxəssis/ Aparıcı Mütəxəssis

Rabitabank OJSC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    16 noyabr 2024

  • Bitmə tarixi

    21 dekabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Rəqamsal Bankçılıq üzrə analitik vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

“Rabitəbank” ASC Proseslərin Avtomatlaşdırılması və Rəqəmsallaşma departamentinin Biznes Bankçılığın Rəqəmsallaşma şöbəsində Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

  • Rəqəmsal mühitdə Hüquqi şəxslər üçün “Məsafədən hesabın açılması” üçün daxil olan müraciətlərin qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsi;
  • Rəqəmsal mühitdə bankdaxili prosedura uyğun olaraq müştərilərə yüksək səviyyədə bank xidməti göstərilməsini təmin etmək və bu məqsədlə bankın digər strukturları ilə işin koordinasiyasını təmin etmək;
  • Bank və kommersiya sirrini qorumaq;
  • İnternet Banking platforması üzrə daxil olan “Əmək haqqı” kart sifarişlərin qəbulu və icra edilməsi;
  • Hüquqi şəxs/Fərdi Sahibkarların “Əmək haqqı layihəsi”nə qoşulmasının təmin edilməsi;
  • “Abunə” tipli tarif paketlərin aktivləşdirilməsi;
  • Rəqəmsal mühitdə “Pos terminal” sifarişlərin qəbulu, təhlili, müvafiq şöbəyə yönləndirilməsi və və icra prosesin izlənilməsi;
  • Məsafədən “biznes kart” sifarişlərinin qəbulu və icrasi;
  • Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
  • Rəqəmsal mühitdə qarantiya, kredit sifarişlərin qəbul edilməsi, aidiyyatı struktura yönləndirilməsi və icra prosesin izlənilməsi;
  • Texniki tapşırıqların məhsul sahibləri və digər əməkdaşlar ilə müzakirə edilməsi;
  • Rəqəmsal mühitdə yeni funksionallığın test olunması və tətbiq olunması;
  • Core Banking və İnternet Banking üzrə proseslərin optimallaşdırılması üçün təkliflərin hazırlanması;
  • Gördüyü işlər barədə şöbə rəisinə gündəlik hesabat vermək.

 

Tələblər:

  • Hüquqi şəxslərlə iş sahəsində minimum 2 illik iş təcrübəsi;
  • Analitik düşüncə;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Təşəbbüskarlıq, yaradıcılıq və innovasiyalara meyillilik;
  • Öyrənməyə və şəxsi inkişafa meyillilik;
  • Azərbaycan dilini səlis, rus dilini yüksək səviyyədə bilmək;
  • MS Word, Excel, PowerPoint və tələb olunan digər proqramlarda işləmə bacarığı.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox