Görəcəyiniz işlər:
- Dizayna uyğun olaraq mobil-app hazırlamaq və lazım gəldikdə texniki məslələri dizaynerlərə bildirmək;
- Ən son proqramlaşdırma prinsiplərini və sənaye standartlarını tətbiq etmək;
- Back-end proqramçılarla bərabər işləmək və API-ların inteqrasiyasını təmin etmək;
- Unit və UI testəri yazmaq və avtomatlaşdırılmış testlərin işini təmin etmək;
- Yeni ideyaların tətbiqinə fokuslanmaq, effektiv olmayan həllərin tətbiqindən uzaq durmaq.
Bizim üçün uyğun namizəd:
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsinə;
- Android SDK, Android müxtəlif versiyaları və ekran ölçüləri ilə bağlı güclü biliklərə;
- RESTFul APİ-ların mobil tətbiqdən back-end servislərə qoşulmasını təmin etmə bacarığına;
- Android Uİ dizayn prinsipləri və praktikaları ilə bağlı biliklərə;
- “Android memory management, threading” və performans optimizasiyası üzrə biliklərə;
- Biznes tələblərini anlama və onu texniki tələblərə çevirmək bacarığına;
- FCM üzrə biliklərə;
- Git üzrə sərbəst işləmə bacarığına;
- “Continuous integration” barədə məlumatlılığa;
- Agile komandada işləmək təcrübəsinə (arzu olunandır);
- Retrofit, Picasso və Glide kitabxanaları ilə işləmək qabiliyyətinə;
- MVP və ya MVVM üzrə işləmək bacarığına;
- Android Architecture Components üzrə biliklərə;
- Kotlin və ya Java üzrə güclü biliklərə sahib olan şəxsdir.