Rəqəmsal maarifləndirmə təcrübə proqramı

Rəqəmsal maarifləndirmə təcrübə proqramı

Azərbaycan Beynəlxalq Bankı
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Təcrübəçi

  • Yerləşmə tarixi

    27 avqust 2021

  • Bitmə tarixi

    26 sentyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Təcrübə proqramı vakansiyaları üçün bura keçid edin!

ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!

“Azərbaycan Beynəlxalq Bankı – Rəqəmsal maarifləndirmə” təcrübə proqramına start verir!

Həmişə özündən söz açan layihələr təqdim edən və ictimaiyyət üçün daim bütün gücünü səfərbər edən Bankımız yaşı 18 - dən 25 - ə qədər (Ali təhsil alan tələbələr və ali təhsilini bitirmiş məzunlar) olan və aşağıda sadalanan keyfiyyətlərə malik olan hər kəsi yeni təcrübə proqramında iştirak etməyə dəvət edir.

ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, onlara asudə vaxtın səmərəli idarə edilməsi , əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması, sosiallaşması, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır.

Namizədə tələblər:

Namizədlər aşağıdakı səriştəliliklərə malik olmalıdırlar:

∙ Çevik

∙ Təşəbbüskar

∙ Həvəsli

∙ İşgüzar

∙ Gülərüz

∙ Məsuliyyətli

∙ Ünsiyyətcil

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal maarifləndirmə təcrübə proqramı (Bakı və ya Region adı)” şəklində göstərilməsi xahiş edilir.

Təcrübə proqramına qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Elan #843089

  • 11595

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox