Bakı
Rəqəmsal marketinq
Razılaşma ilə
Tam-ştat
13 dekabr 2021
12 yanvar 2022
İşiniz nədən ibarətdir?
• Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərin aparılması;
• Biznes, brend, hədəf bazar və rəqib kontekstində düzgün istinad meyarlarının müəyyən edilməsi;
• Müvafiq seqmentlər ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının, həmçinin müxtəlif brend və məhsul kampaniyalarının hazırlanması və icrası;
• Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt kontentinin və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin yekun təsdiqi;
• Müvafiq marketinq tədbirlərinin idarə edilməsi və səmərəliliyinin qiymətləndirilməsi;
• Hazırlanmış bütün marketinq fəaliyyətlərinin brend mövqeyi və təlimatlara uyğunluğunun təmin edilməsi;
• Toplanmış məlumatlar və iradlara cavab olaraq marketinq kampaniyaları və tədbirlərinin monitorinqi və tənzimlənməsi;
• Mümkün təkmilləşmələr üçün müştərilər, potensial müştərilər və məhsul sahibləri ilə Fokus Qrupların təşkili, təkliflərin hazırlanması və icrası;
• Brend və məhsul təşviqi məqsədi ilə sosial reklam kampaniyalarının hazırlanması, idarəedilməsi və monitorinqi;
• Müqavilələr, səyahət tələbləri, satınalma sifarişləri, ödəniş tələbləri də daxil olmaqla bütün inzibati, təchizat və maliyyə sənədlərinin kiçik mütəxəssis tərəfindən razılaşdırılmış müddət çərçivəsində düzgün şəkildə hazırlanması və təhvil verilməsinin təmin edilməsi;
• Marketinq kommunikasiyası şöbəsinin funksional büdcəsinin hazırlanması və idarə edilməsi, büdcə xərclərinin təsdiqlənmiş büdcə kvotası çərçivəsində olmasını təmin etmək üçün onlara nəzarət edilməsi və monitorinqi.
Namizədə tələblər:TƏHSİL
Marketinq və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
İŞ TƏCRÜBƏSİ
Rəqəmsal marketinq üzrə ən az 3 il
XARİCİ DİL
Rus və İngilis dili
KOMPÜTER BİLİKLƏRİ
MS Office proqramları, marketinq sahəsində proqram təchizatları üzrə biliklər
SERTİFİKATLAR
SEO sertifikatı, Rəqəmsal Marketinq mütəxəssisi
DİGƏR
Müraciət üçün: https://careers.pashabank.az/az/vakansiyalar/35
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.