Rəqəmsal Məhsulların İdarə Edilməsi şöbəsinin rəisi (Biznes Proseslərin İdarə Edilməsi Departamenti)

Rəqəmsal Məhsulların İdarə Edilməsi şöbəsinin rəisi (Biznes Proseslərin İdarə Edilməsi Departamenti)

ATB Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    06 fevral 2025

  • Bitmə tarixi

    13 mart 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Şöbə müdiri vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Layihələr üzrə tədbirlər planlarının hazırlanması;
  • Məhsulların yol xəritələrinin hazırlanması;
  • Dəyişdirilməsi təklif olunan biznes proseslərin və ya yeni layihələr üzrə biznes proseslərin təhlili;
  • Maraqlı tərəflərdən tələblərinin toplanması, ehtiyacların müəyyən edilməsi üçün görüşlərin və müsahibələrin həyata keçirilməsi;
  • Layihənin icrası üzrə işlərin siyahısının hazırlanması və prioritetləşdirilməsi;
  • Layihələr üzrə nəzərdə tutulmuş işlərin və dəyişikliklərin tətbiqi məqsədilə tapşırıqların formalaşdırılması və bu prosesdə iştirak edən strukturlar ilə razılaşdırılması;
  • Tələblərin komanda üzvlərinə aydın şəkildə çatdırılması və icrası üçün işin təşkili;
  • Layihənin icrası mərhələsində tələblərin düzgün çatdırılması üçün lazımi məlumat dəstəyinin göstərilməsi;
  • Testləşmə işlərinin həyata keçirilməsində dəstəyin göstərilməsi və çatışmazlıqlar aşkar olunduğu təqdirdə, onların aradan qaldırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi;
  • Görülmüş işlər üzrə nəticələrinin sifarişçisi və bankın digər aidiyyatı struktur bölmələri ilə razılaşdırılmasının və istismara buraxılmasının təşkili;
  • Görülmüş işlərin istifadəyə verilməsi mərhələsində təqdimatın həyata keçirilməsi və lazımi təlimlərin verilməsi (İstifadəçi təlimatları, təqdimatlar və s.);
  • Layihə üzrə qoyulmuş hədəflərin yerinə yetirilməsini izləmək;
  • Fəaliyyət göstərdiyi dövrdə qarşıya çıxan digər cari vəzifələri yеrinə yеtirmək;
  • Dövri hesabatların hazırlanması

 

Tələblər:

  • Ali təhsil
  • Bank işi və sahə üzrə iş təcrübəsi mütləqdir.
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
  • “MS Office” proqramları üzrə biliklər (“MS Excel”, “MS Visio”, “MS PowerPoint” bacarıqlarının olması);
  • “Jira”, “Google Sheets/Docs/Forms”, "Trello", “Miro”, “Figma” kimi alətlərlə tanışlıq və istifadə edə bilmə bacarıqları;
  • “SQL” ilə tanışlıq və biliklərin olması;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komanda tərkibində və fərdi şəkildə işləmək və yüksək ünsiyyət bacarıqları;
  • Məsuliyyətlilik və operativlik;
  • Kreativlik və təşəbbüskarlıq;
  • Sərbəst araşdırma qabiliyyəti;
  • Yaradıcı təxəyyülə malik olmaq.

Elan #858683

  • 671

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox