Restoran meneceri – Xızı rayonu
Öhdəliklər:
- Restoranın gündəlik fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək.
- Restoranın təmizliyini və sanitariya standartlarını təmin etmək, müntəzəm yoxlamalar aparmaq və təmizlik işlərini idarə etmək.
- Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək
- Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək, iş saatlarını və növbələrini tənzimləmək, işçilərin motivasiyasını artırmaq, əməkdaşlıq mühitini qorumaq .
- Müştəri şikayətlərini həll etmək, müştəri xidmətlərinin keyfiyyətini artırmaq və müştəri əlaqələrini idarə etmək.
- İş mühitinin təhlükəsizlik standartlarına uyğun olmasını təmin etmək.
Tələblər:
- Restoran sahəsində 1-3 il iş təcrübəsi
- Azərbaycan dilində yüksək səviyyədə yazılı, şifahi ünsiyyət .
- İngilis və rus dili biliyi.
- Yüksək səviyyədə müştəri xidməti bacarıqları
- Güclü idarəetmə və təşkilatçılıq bacarıqları
İş şəraiti:
- İş yeri Xızı rayonunda yerləşir. Qidalanma və yerləşmə Şirkət tərəfindən tam təmin olunur.
- 6 günlük iş qrafiki (Şənbə günü qısa iş günü)
- Əməkhaqqı: min. 1300 AZN + bonus
Uyğun namizədlər, CV formalarınızı “Restoran meneceri – Xızı rayonu” başlığı ilə hr@cbgroup.az ünvanına göndərə bilərsiniz.