Görəcəyiniz işlər:
- Tələblərin qeydiyyatının aparılması və analiz edilməsi;
- Tələblərin bankın informasiya sistemində qeydiyyatının aparılması;
- Komanda və müştərilər ilə görülərin keçirilməsi və görüşlər üzrə qeydlərin aparılması;
- Proseslərin diagram formasında hazırlanması və optimizasiyası;
- Tələblər üzrə test simulyasiyalarının hazır edilməsi;
- Davamlı olaraq bilik və bacarıqlarının inkişaf etdirilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsili olan;
- Biznes analitika sahəsində 1-3 il iş təcrübəsi olan;
- Tapşırıq modulları (Task management) sistemlərindən biri (Jira/ Redmine) ilə işləmə bacarığı olan;
- Proseslərin diaqram formasında formalaşdırmaq bacarığı olan;
- Alqoritmik biliklərə sahib olan;
- Məlumat bazasını sorğulama üzrə bacarıqları (SQL) olan;
- Azərbaycan dili mükəmməl, ingilis dili biliyi yaxşı olan;
- Kredit prosesi üzrə, Dizaynda istifadə olunan terminlər üzrə və İnteqrasiya ilə bağlı biliklərə sahib olan;
- Analitik düşüncə qabiliyyəti olan, təşəbbüskarlığı olan problem həll etmək bacarığı olan, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.