Görəcəyiniz işlər:
- Böyük həcmli məlumatlar ilə işləmək, təhlil və şərh edilməsi;
- Hesabatların hazırlanması, əsas performans göstəricilərinin izlənməsi və təhlil edilməsi;
- Kredit riski, bazar riski və əməliyyat riski də daxil olmaqla, risk qiymətləndirmə üçün proqnoz modelləri qurmaq və təsdiq üçün hazır vəziyyətə gətirilməsi;
- Risk modellərinin təkmilləşdirmək üçün maşın öyrənmə alqoritmləri və statistik yanaşmaları təhlil və şərh edilməsi;
- Daxil olan biznes tələbləri başa düşmək və onları texniki dildə anlamaq, aidiyyəti və maraqlı tərəflərlə əməkdaşlıq edilməsi;
- Biznes qərarları ilə tanış olmaq, prosesləri izləmək və anomaliyaları müəyyən edilməsi;
- Pərakəndə bank məhsulları və müştəri davranışları haqqında analiz aparmaq və geri dönüş edilməsi;
- Üzərində çalışdığımız Bankın məhsulların optimallaşdırılması üçün təkliflər vermək, müştəri təcrübəsini yaxşılaşdırmaq, və riskləri azaltmaq üçün məlumatlar verilməsi;
- Bütün analitik proseslərdə məlumatların bütövlüyünü, keyfiyyətini və təhlükəsizliyini təmin edilməsi.
Bizim üçün uyğun namizəd:
- Təhsili Data Elmləri, Statistika, Riyaziyyat, İqtisadiyyat, Maliyyə, Kompüter Elmləri və ya əlaqədar sahədə bakalavr və ya magistr dərəcəsi olan;
- Səlis Azərbaycan dilində ünsiyyət qurmağı bacaran, yaxşı səviyyədə ingilis dili biliyi olan;
- SQL, Python, R və Excel kimi məlumat analizi alətləri və dillərini yaxşı səviyyədə biliyi olan, qısa zamanda yaxşı səviyyəyə artıra bilmək səviyyəsində olan;
- Qlik Sense, Tableau, Power BI və ya oxşar vizuallaşdırma alətləri ilə təcrübə arzuolunandır;
- Statistik modelləşdirmə, maşın öyrənməsi alqoritmləri və risk modelləşdirmə texnikaları ilə tanış olan (praktiki təcrübə üstünlükdür);
- Məlumat analizi sahəsində, xüsusilə maliyyə xidmətləri sənayesində təcrübəsi olan;
- Güclü analitik və problem həll etmə bacarığı olan;
- Aidiyyəti və maraqlı tərəflərə izah etmək üçün yaxşı ünsiyyət və təqdimat bacarıqları arzuolunandır;
- Komandada işləmək bacarığı, bir neçə layihəni eyni anda idarə etmək bacarığına sahib olan namizəddir.