Risklərin İdarə edilməsi İdarəsinin ƏL/TMM risklərinin idarə edilməsi və maliyyə monitorinqi şöbəsinin stajçı mütəxəssisi / kiçik mütəxəssisi

Risklərin İdarə edilməsi İdarəsinin ƏL/TMM risklərinin idarə edilməsi və maliyyə monitorinqi şöbəsinin stajçı mütəxəssisi / kiçik mütəxəssisi

Xalq Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    28 yanvar 2025

  • Bitmə tarixi

    04 mart 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Risklərin idarə edilməsi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  •     Köçürmələr icra edilərkən vəsaiti alan və vəsaiti göndərən tərəfləri Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısı, habelə Maliyyə Monitorinqi Xidməti tərəfindən qəbul edilmiş əməkdaşlıq etməyən ölkələrin siyahısı üzrə Bankın struktur bölmələri tərəfindən yoxlanılmasını təmin etmək, bu işə daim nəzarət etmək;
  •      Tələb olunan hesabatlılığın hazırlanması;
  •     Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (bundan sonra ƏL/TMM) qarşısının alınması məqsədilə Bankda aparılmış əməliyyatların monitorinqini həyata keçirmək;

 

Tələblər:

  •   Analoji sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
  •   Tam ali iqtisadi təhsil;
  • Xarici dil – ingilis dili yaxşı səviyyədə;
  •    İşdə dəqiqlik və detallara fikirvermə bacarığı olmalı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalı;
  •    Komandada işləməyi bacarmalı;
  •   Məsuliyyətli, düzgün və etibarlı olmalı;
  •    Ünsiyyətcil və təşəbbüskar olmalı;
  •    MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
  •    Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;
  •    Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməlidir.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox