İş elanı: Part-time Satış Məsləhətçisi
İş Şərtləri:
- İş saatı: 5 saatlıq iş rejimi 17:00-22:00 (həftədə 6 iş günü, 1 istirahət günü)
- Əmək haqqı: 400 AZN rəsmi maaş və bonus sistemi
- Tələbələrə üstünlük verilir
Tələblər:
- Müxtəlif məhsul kateqoriyaları (market, elektronika, məişət texnikası, ev əşyaları) üzrə minimum 6 aylıq satış təcrübəsi
- Cins: Qadın
- Azərbaycan və rus dillərində əla səviyyədə bilik (ingilis dili bilikləri arzuolunandır)
- Mağazada mövcud məhsul çeşidləri haqqında məlumatlı olmaq
- Müştəriləri qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək və məhsullar haqqında ətraflı məlumat vermək
- Müştərinin ehtiyaclarına uyğun düzgün məhsul seçiminə köməklik etmək
- Mağaza menecerinin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək
- Müştəri sorğularını cavablandırmaq və müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq
- Zədələnmiş və yararsız məhsulları aşkar edərək mağaza menecerinə məlumat vermək
- Satış hədəflərini həyata keçirmək
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və tədris materiallarını öyrənmək
Bacarıqlar:
- Yaxşı ünsiyyət bacarığı
- Yüksək təşəbbüskarlıq, dinamiklik və aktivlik
- Satış bacarığı və səbrlilik
- Təhlil etmək, problemləri həll etmək, qərar qəbul etmək və komanda şəklində işləmək bacarığı
- Dəqiq, intizamlı və məsuliyyətli olmaq
Müraciət Qaydası:
Zəhmət olmasa, CV-lərinizi e-mail vasitəsilə göndərin. CV-ləri göndərərkən başlıq yerinə "Part-time Satış Məsləhətçisi" qeyd etməyi unutmayın.