Satınalmalar üzrə Mütəxəssis

Satınalmalar üzrə Mütəxəssis

Kredaqro
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    800 - 1000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    02 noyabr 2021

  • Bitmə tarixi

    03 dekabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Satınalma üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş Ofisi üçün Satınalmalar üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

- Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;

- Bazar araşdırılmasının aparılması, yeni tədarükçülərin tapılması;

- Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərin nəzarətdə saxlanılması;

- Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi;

- Malların müəyyən edilmiş prosedur üzrə təhvil-təsliminə nəzarət edilməsi;

- Xarici ve daxili bütün satınalmalara nəzarət edilməsi;

- Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;

-Tədarükçülərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin

aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.

- Sahə üzrə digər tapşırıqların həyata keçirilməsi;

Namizədə tələblər:

Ali təhsil (iqtisadi sahədə olanlara üstünlük verilir);

Yaşayış yeri: Bakı şəhəri;

Etibarlı sürücülük vəsiqəsi;

Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi.

Microsoft Office proqramlarında işləmək bacarığı;

Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;

Marketinq, reklam məhsulları və yerləşdirmələr üzrə iş təcrübəsinin olması arzuolunandır;

Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

İş yeri: Bakı şəhəri;

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);

AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;

Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;

Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Əmək haqqı 800-1000 manat gross.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Satınalmalar üzrə Mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox