Satış kanalları və nümayəndəliklərin idarəolunması şöbəsinin rəhbəri/müavin

Satış kanalları və nümayəndəliklərin idarəolunması şöbəsinin rəhbəri/müavin

PASHA Insurance
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    19 may 2023

  • Bitmə tarixi

    18 iyun 2023

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!
  • Nümayəndəliklərin gündəlik cari fəaliyyətinin idarə olunmasının həyata keçirilməsi, iş həcmini yüksəltmək və səmərəli çalışma mühitini yaratmaq vasitəsi ilə nümayəndəliklərin dəqiq işinin təmin edilməsi;
  • İş ilə əlaqədar olan bütün prosedur qaydalar, təlimat və siyasətlər barəsində nümayəndəliklərin bütün əməkdaşlarına məlumatın təqdim edilməsini, nümayəndəliklərdə nizam-intizam qaydalarına ciddi riayət olunmasının təmin edilməsi;
  • Şirkət tərəfindən tərtib olunmuş fəaliyyət proqramı ilə tanışlıq, nümayəndəlik əməkdaşlarının bu barədə məlumatlandırılması və proqramın icrasına nəzarət, nümayəndəliklərin işindəki çatışmazlıqların aşkar edilməsi və işdəki nöqsanların aradan qaldırılması üçün təcili tədbirlərin həyata keçirilməsi və bu barədə tabe olduğu departamentə malumat verilməsi;
  • Şirkət tərəfindən həyata keçirilən layihələrə bölgələrdə nəzarətin təmin edilməsi, habelә şirkətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliklərin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması;
  • Bölgələrdə satış imkanlarını araşdırılması, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və bölgələr üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi;
  • Novatorçu mövqeyindən çıxış edərək daimi olaraq yeni satış bazarlarının inkişaf etdirilməsi, habelə sığorta mәhsullarının satışına aid olan yeni metodlar üzrə təkliflər ilə çıxış edilməsi;
  • Şirkətə müraciət edən müştərilərə keyfiyyətli xidmətin həyata keçirilməsi, sığorta müqavilələrinin yenilənməsi barədə məlumatları, ümumi sığorta haqqı məbləğini və müvafiq müştəri ilə əlaqəli digər kommunikasiyaları əks etdirən ayrıca bazanın yaradılması və onlara nəzarətin həyata keçirilməsi;
  • Agent şəbəkəsinin gündəlik iş fəaliyyətinə nəzarət edilməsi, nümayəndəliklərdə anderraytinqin aparılması və müvafiq sığorta şəhadətnamələrinin buraxılışının nəzarətdə saxlanması.
Namizədə tələblər:
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Biznes, Maliyyə və ya Marketinq ixtisasları üzrə balakavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: yaxşı, Rus dili: əla.
  • Kompüter bilikləri: MS Office: əla, Outlook: əla.
  • Sahə/ixtisas bilik, bacarıqları: Sığorta Qanunvericiliyi: yaxşı, Satış Tennikaları: yaxşı.
  • Fərdi keyfiyyət tələbləri: Ünsiyyət qurmaq, dəqiqlik, idarəetmə və koordinasiya, analitik düşüncə, komanda ilə işləmək, stressə davamlılıq, satış planlaması.

Elan #849579

  • 504

Kateqoriya Digər

İş rejimi Tam-ştat

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox