Satış Koordinatoru

Satış Koordinatoru

Good Food Supply
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Ofis menecmenti

  • Maaş

    600 - 700 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    01 iyun 2023

  • Bitmə tarixi

    01 iyul 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Satış mütəxəssisi vakansiyaları üçün bura keçid edin!
  • Şirkətin təqdim etdiyi bütün malların aktual xüsusiyyətləri və qiymətləri haqqında tam məlumatlı olmaq;
  • Satış sifarişlərini qəbul etmək və xüsusi proqram təminatında qeyd etmək;
  • Müştərilərdən gələn cavablara uyğun olaraq sifariş və alış sənədlərinin mövcud formalara əsasən tərtib etmək, yönləndirilmək və izləmək;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərin məmnunluq dərəcəsini müəyyən etmək, nəticələr üzrə təhlillər aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə aylıq təkliflər planı hazırlamaq;
  • Müqavilə və digər sənədlərin hazırlanması üçün satış mütəxəssisləri ilə koordinasiyalı olaraq işlərin aparılması;
  • Sifarişlərin alınmasından yüklərin müştəriyə çatdırılmasına qədər prosesinin izlənməsi, sifarişin statusuna uyğun olaraq müvafiq addımların icrasını nəzarətdə saxlamaq;
  • Görülmüş işlər barədə həftəlik, aylıq, rüblük və illik hesabatların verilməsi;
  • Satış şöbəsinin həyata keçirdiyi bütün satışların, satıcıların satış performanslarının təhlili, müqayisəsi və müvafiq satış hesabatlarının hazırlanması;
  • Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün müxtəlif satış tədbirlərin formalaşdırılması və təsdiqləndiyi zaman icrasına nəzarət edilməsi.

 

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini HR@gfs.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq Satış koordinatoru qeyd etmələri xahiş olunur.

Namizədə tələblər:
  • Ali təhsil;
  • Təhlil və ya müxtəlif satış nöqtələri ilə iş sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
  • Dəqiqlik və məsuliyyət;
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
  • Stressə dözümlülük;
  • Vaxtın düzgün idarə edilməsi bacarıqları;
  • Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) mükəmməl istifadə etmə bacarığı (sertifikatların olması üstünlükdür).

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox