Satış meneceri

Mirvana Group MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    1000 - 1500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Natamam ali

  • Yerləşmə tarixi

    28 fevral 2023

  • Bitmə tarixi

    30 mart 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Satış Meneceri vakansiyaları üçün bura keçid edin!

Mirvana Group MMC 2022-ci ildən fəaliyyətə başlayıb. Hazırda ev və ofis mebellərinin istehsalı və satışı ilə məşğuldur. Sürətlə inkişaf edən bir şirkətdə işləmək istəyən namizədlər axtarışındayıq.

Mirvana  Mobilya  Fabriki satış meneceri vəzifəsi üzrə vakansiya elan edir:

İş barədə məlumat

- Satış meneceri birbaşa direktora tabe olacaq

- Satış üzrə həftəlik, aylıq hesabatları direktora təqdim edəcək
- Aylıq, rüblük və illik satış planlamasının həyata keçirilməsində iştirak edəcək
- Satış performansının analizi (satış dinamikası, məhsul kateqoriyaları və s.)

- Bazarın araşdırılması, mövcud rəqabət mühitinin analizi

- Sektorda yer alan rəqib şirkətləri və onların məhsullarını analiz edə bilmək.

- Topdan və korporativ müştəri bazasının formalaşdırılması

- İşgüzar və korporativ danışıqların aparılması

Namizədə tələblər:

Namizəd üçün tələblər

  • Korporativ idarəetmə prinsiplərini bilməli
  • Yüksək səviyyədə təqdimat və müştəri etirazları ilə işləmək bacarıqları
  • Yaxşı səviyyədə müştəri ehtiyaclarını üzə çıxartmaq bacarığı
  • Satışla əlaqədar seminar və təlimlərdə iştirak etmək;
  •  Satış bacarığını və biliklərini daim inkişaf etdirmək;
  • Tabeliyində olan kadrları idarə edə bilmə və bu kadrları öyrətmə bacarığı
  • Ünsiyyət qabiliyyəti (şifahi və yazılı)
  • Verilən tapşırıqları düzgün və vaxtında icra etmə qabiliyyəti
  • Komanda ilə işləmə bacarığı
  • MC ofis proqramlarında (Word, Excel, PowerPoint) müstəqil işləmə bacarığı
  • Şirkətdaxili CRM proqramında işləmə bacarığı
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dilini bilməsi üstünlükdür)
  • Satış sahəsində iş təcrübəsi : 3 ildən az olmamaqla (mebel sahəsində 2 ildən az olmamaqla)
  • Yaş həddi: 24-36
  • Mebel sahəsində iş təcrübəsi və şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək

İş rejimi

6 günlük iş qrafiki (09:00-17:00)

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

İş yeri Xətai rayonu Babək prospektində yerləşir.

Əmək haqqı:1000-1500 AZN (təcrübəyə əsasən) + satışdan bonus

Tələblərə uyğun gələn namizədlər CV-lərini Satış Meneceri başlığını qeyd etməklə  hr@alc-finance.com mail ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun gələn namizədlər və satışı meneceri kimi iş təcrübəsi olanlar müraciət etsinlər (hazırda satıcı işləyənlər müraciət etməsin)

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox