Bakı
Digər
700 - 1000 AZN
Tam-ştat
19 yanvar 2021
18 fevral 2021
Əsas vəzifə öhdəlikləri:
- Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, qiymətləndirmək; gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
- İşçilər haqqında obyektiv rəy vermək;
- Şirkətin dəyərlərinə uyğun mağazaların idarəedilməsinə dair yeni standartlar və qaydalar müəyyən etmək;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
- Müştəri şikayətləri əsasında araşdırmalar aparmaq;
- Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
- Satışları artırmaq məqsədi ilə Marketinq və PR tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək.
Əmək haqqı: 700 – 1000 AZN
İş yeri: əsasən mağazalarda
İş qrafiki: 6 gün
- Kitab məhsulları üzrə biliklər, trendlər haqqında məlumatlı olmaq – mütləq şərtdir;
- Kitab satışı sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- Mağaza idarəçiliyi sahəsində azı 3 illik iş təcrübə - mütləqdir;
- Müştərilərlə davranış qaydaları və satış texnikaları biliyinə malik olmalı;
- Azərbaycan dilini səlis, yaxşı səviyyədə rus, ingilis dillərini bilməli.
- Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi;
- Aktiv, çalışqan, zəhmətkeş olmalı.
Namizədlər müraciətləri human.resources@libraff.az email ünvanına yollaya bilərlər.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.