Satış Meneceri-təcrübəçi

Satış Meneceri-təcrübəçi

Webcoder
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    100 AZN

  • İş rejimi

    Təcrübəçi

  • Təhsil

    Orta

  • Yerləşmə tarixi

    29 iyul 2022

  • Bitmə tarixi

    28 avqust 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Təcrübəçi vakansiyaları üçün bura keçid edin!

  • Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (müştəri görüşləri, təkliflər, zənglər və s.)
  • Mövcud müştəri bazasını genişləndirmək, yeni müştərilər axtarmaq
  • Müştəri məmnuniyyəti və müştərilərin şirkətdə saxlanması üçün əlindən gələni etmək
  • Azərbaycanda meydana gələn yeni iş sahələri və şirkətlər barədə məlumatlı olmaq
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
  • Soyuq zənglər, B2B görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili
  • İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması
  • Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
  • Rəqiblərin öyrənilməsi və şirkətin strateqiyasını işləyib hazırlanması
  • İşgüzar tədbirlərdə şirkətin təqdim olunması
  • Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək
  • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatı
  • Təcrübə müddətində nəqliyyat xərclərini qarşılamaq üçün 100 azn ödəniş ediləcək
  • 3 aylıq təcrübə müddətini uğurla başa vurmuş şəxslər AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işə qəbul olunacaqlar. 
  • İş qrafiki- 09:00-dan 18:00-dək

Namizədə tələblər:

  • Diqqətli, punktual, səbrli, məsuliyyətli və təşəbbüskar olması
  • Məsuliyyətli və səliqəli
  • MS Office (Word, Excel) və internet resurslarından təcrübəli istifadə bacarığı
  • Mütəmadi olaraq müştəri ofislərini ziyarət etmək
  • Yüksək nitq qabiliyyəti
  • Qarşısındakını inandırma xüsusiyyət
  • Məsuliyyətlilik, işgüzarlıq

                CV-nizi hr@webcoder.az  ünvanına mövzu hissəsində “Satış meneceri-təcrübəçi” qeyd edərək göndərin.

                Oxşar vakansiyalar

                Bakıda işlər

                Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
                Daha çox