Satış məsləhətçisi

Satış məsləhətçisi

"Adore Kompani" MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    08 yanvar 2025

  • Bitmə tarixi

    12 fevral 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Satış məsləhətçisi vakansiyaları üçün bura keçid edin!

 

Adore mağazalar şəbəkəsinə dinamik və müştəri yönümlü satıcı-məsləhətçilər tələb olunur.

 

Öz unikallığını və gözəlliyini vurğulamaq üçün mağazalarımıza gələn ziyarətçilərə ən yaxşı ətir və kosmetik məhsulları seçməkdə köməklik etməyə hazır olan pozitiv, motivasiyalı və komandamızın bir hissəsi olmağa hazır komanda yoldaşları axtarırıq.

 

İş barədə məlumat:

  • Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və alış üçün seçim variantlarının təklif edilməsi;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatın verilməsi, müştərinin fərdi ehtiyaclarını nəzərə almaqla uyğun məhsulların seçilməsində köməklik göstərilməsi;
  • Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi, onlara məhsul seçimi üçün optimal şəraitin yaradılması;
  • Rəflərdəki malların inventarına nəzarət etmək, satış potensialına və tələbata uyğun məhsullar üçün sifarişlərin verilməsində rəhbərə köməklik etmək;
  • Təyin olunmuş aksiyaların və tədbirlərin effektiv keçirilməsinə dəstək, satışlarda və satışı simulyasiya edən digər fəaliyyətlərdə iştirak.

 

Namizədə tələblər:

  • Satış sahəsində ən azı 1-2 il iş təcrübəsi (Kosmetik vasitələrin satışında iş təcrübəsi olanlara üstünlük veriləcək);
  • Dil bilikləri: Azərbaycan dili əla, rus və ingilis dili – orta səviyyədə bilməli;
  • Müxtəlif növ makiyajdan istifadə etmək bacarığı (Vizajist sertifikatı üstünlükdür);
  • Kosmetika, parfümeriya və dəriyə qulluq vasitələri sahələrində dəbdə olan məhsullar haqqında məlumatlı olmaq;
  • Komandada işləmə bacarığı;
  • Aktiv,ünsiyyətcil, dəqiq və məsuliyyətli;
  • Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti.

 

İş şəraiti:

  • Növbəli qrafik: (6/1), 10.00-19.00 və 13.00-21.00/22.00;
  • Rəqabətli əmək haqqı və bonus sistemi: fiks  + satışdan %,
  • Karyera inkişafı imkanı;
  • Məhsul və satış üzrə təşkil olunan təlimlərdə iştirak etmək imkanı.

 

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox