Namizədə tələblər:
- Yaş: 18-27 arası namizədlər
- Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
- Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis (arzuolunandır)
- Kollektivlə işləmə bacarığı
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli
Əsas vəzifə öhdəlikləri:
- Satış texnikasının professional üslublarından effektiv istifadə etmək;
- Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
- Bölmənin imicinin saxlanılması (təmizlik, səliqəlilik, reklam vərəqləri, vitrin və s.);
- Səliqəli görünüşü təmin etmək (forma,gigeyena, və s.);
- Müştəri bazasının genişləndirilməsində fəal iştirak etmək;
İş şərtləri:
- İş vaxtı: 2 növbəli qrafik 10:00-19:00 ; 13:00-22:00
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət
- Şirkət tərəfindən Uniforma verilir
- Əmək haqqı 500 AZN + satışdan bonuslar
- Mağazalar Port Baku Mall,Gənclik Mall,Dəniz Mall,Bravo market (Əhmədli filialı) ünvanlarında yerləşir
Təklif edirik:
- Karyerada yüksəliş imkanları
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış məsləhətçisi” yazaraq hrm@zeta.az email ünvanına və ya +994552057787 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.