ŞİRKƏT: “Private Facility Management” MMC
Vəzifə: Satış və biznesin inkişafı Mütəxəssis
Vəzifə Öhdəlikləri:
- Potensial müştəriləri araşdırmaq, əlaqə yaratmaq və şirkətin xidmətlərini tanıtmaq.
- Rəqabəti və bazardakı ehtiyacları analiz edərək şirkət üçün yeni müştəri imkanları müəyyənləşdirmək.
- Müştəri ehtiyaclarına uyğun fərdi təkliflər hazırlamaq və təqdim etmək.
- Yeni müştərilər cəlb etmək və satış hədəflərinə çatmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək.
- Mövcud müştərilərlə uzunmüddətli əlaqələr qurmaq və məmnuniyyət səviyyəsini yüksək tutmaq.
- Müştəri cəlb etmək üçün kampaniyalar və promosyonlar təşkil etmək, sosial media və digər kanallar üzərindən tanıtım işləri aparmaq.
- Müştərilərlə görüşlər keçirmək, ehtiyaclarını öyrənmək və şirkət xidmətlərini daha dərindən izah etmək.
- Başqa şirkət və ya təşkilatlarla əməkdaşlıq quraraq potensial müştəri kütləsini genişləndirmək.
- Müştəri məmnuniyyətini artırmaq üçün onların rəylərini toplamaq və məhsul xidmətlərinə dair təklifləri rəhbərliyə çatdırmaq.
TƏLƏBLƏR
- Təhsil: Ali təhsil arzuolunandır.
- Yaş həddi – 25-30 yaş. (Yalnız xanım namizədlər)
- Təcrübə: Min: 3 il
- Etik davranış qaydalarına sahib olmalı.
- Diqqətli, məsuliyyətli və cəld olmalı.
- Komandada işləmək bacarığı.
İŞ ŞƏRAİTİ:
- Şirkət ünvanı: Badamdar qəsəbəsi
- Əmək haqqı: 600-800 azn + satışdan %
- İş qrafiki: tam iş həftəsi (5 gün)
- İş saatları: 08:00-17:00
- İstirahət günləri: Şənbə/bazar
- Nahar şirkət tərəfindən verilir
Müraciət forması:
Qeyd olunan tələblərə cavab verən namizədlər hr@pfm.ae e-mail ünvanına “Satış Mütəxəssisi” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər