Satış nümayəndəsi

Satış nümayəndəsi

"MY GROUP HOLDİNG" MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Orta

  • Yerləşmə tarixi

    06 mart 2025

  • Bitmə tarixi

    10 aprel 2025

 

Vəzifələr və məsuliyyətlər

  • Şirkət tərəfindən təqdim edilən elektronika məhsullarının (mobil telefonlar, məişət texnikası, komputer və aksessuarlar və s.) effektiv satışını həyata keçirmək.
  • Müştəriləri qarşılamaq, ehtiyaclarını öyrənmək və onlara uyğun məhsullar təklif etmək.
  • Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək.
  • Satışın rəsmiləşdirilməsi üçün lazımi sənədləşməni həyata keçirmək.
  • Gündəlik və aylıq satış planlarını yerinə yetirmək və aşmaq üçün aktiv çalışmaq.
  • Nağd və ya kreditlə satış prosedurlarına riayət etmək.
  • Satış sonrası xidmət göstərmək, müştəri şikayət və sorğularını cavablandırmaq.
  • Müştərilərin şikayətlərini operativ həll etmək və ya aidiyyəti şöbəyə yönləndirmək.
  • Müştərilərin üstünlükləri və bazar tələblərini təhlil edərək satış texnikalarını təkmilləşdirmək üçün təkliflər vermək.
  • Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək.
  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək.
  • Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq.

 

Tələb edilən bacarıqlar və təhsil

  • Ali və ya orta ixtisas təhsili.
  • Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır.
  • Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.
  • Azərbaycan dili sərbəst, rus və ingilis dillərini bilmək üstünlükdür.
  • MS Office proqramları (Word, Excel) və 1C proqramlarını bilmək.
  • Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.
  • Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı.
  • Problemləri həll etmə və qərarvermə bacarığı.
  • Komanda ilə işləmə və təşəbbüskarlıq.

 

İş saatları və əmək şərtləri

  • Əmək haqqı:   Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;
  • İş qrafiki:        6 günlük iş qrafiki.

Uyğun namizədlər CV fomalarını hr@myshops.az poçt ünvanına MÖVZU HİSSƏDƏ VAKANSİYA ADINI qeyd edərək göndərə bilərlər.

 

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox