Tələblər:
- Yaş: 20-40;
- Cinsi: Xanım;
- Dil bilikləri: Azərbaycan (Rus dili arzuolunandır)
- Satış sahəsində minimum 1il iş təcrübəsi;
- Xoş və səliqəli xarici görünüş;
- Ünsiyyətcil, gülərüz və məsuliyyətli olmalı.
Vəzifə Öhdəlikləri:
- Mağazaya gələn müştəriləri səmimi, gülərüzlə və peşəkar şəkildə qarşılamaq;
- Mağazanın satış hədəflərinin həyata keçirilməsində aktivlik;
- Mağazada olan bütün məhsullar haqqında tam və ətraflı məlumatlı olmaq;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək.
İş şəraiti
- 6 günlük iş qrafiki;
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı razılaşma yolu ilə.
Göstərilən tələblərə uyğun şəxslər CV-lərini mövzu hissəsinə “Satış Təmsilçisi” yazaraq *scandinavian.house@mail.ru* ünvanına göndərmələri xahiş olunur.