Satış təmsilçisi – Divar kağızları

Satış təmsilçisi – Divar kağızları

Collezione Italia
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    700 - 900 AZN

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    26 yanvar 2023

  • Bitmə tarixi

    25 fevral 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Satış təmsilçisi vakansiyaları üçün bura keçid edin!

“Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çilçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil, yataq örtükləri və hədiyyə aksessuarları  brendlərinin təmsilçisidir.
Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.
    
Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır. 

1.    Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
2.    Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
3.    Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
4.    Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
5.    Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
6.    Gündəlik soyuq və isti zənglərin olunması, müştərilərin əlamətdar günlərində zənglərin olunması;
7.    Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
8.    Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq; 
9.    Sərgilərdə və iş görüşlərində iştirak;

Şərtlər:
-Həftə ərzində 6 iş günü, istirahət- həftədə 1 gün
-İş saatı ( növbəli): 10:00-18:00; 10:00-20:00
-Əmək haqqı: Təcrübədən asılı olaraq 700 AZN – 900 AZN +satışdan bonus


Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Divar kağızları”sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər. 
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Namizədə tələblər:

1.    Premium seqmentdə divar kağızları sahəsində ən az 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
2.    Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti; 
3.    MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
4.    Komandada işləmə bacarığı;
5.    İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
6.    Satış texnikası haqqında biliyin olması;
7.    Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
8.    Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox