Bakı
Satış üzrə mütəxəssis
700 - 900 AZN
Tam-ştat
26 yanvar 2023
25 fevral 2023
“Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çilçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil,yataq örtükləri və hədiyyə aksessuarları brendlərinin təmsilçisidir.
Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.
Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır.
⦁ Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
⦁ Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
⦁ Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
⦁ Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
⦁ Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
⦁ Gündəlik soyuq və isti zənglərin olunması, müştərilərin əlamətdar günlərində zənglərin olunması;
⦁ Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
⦁ Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq;
⦁ Sərgilərdə və iş görüşlərində iştirak;
Şərtlər:
-Həftə ərzində 6 iş günü, istirahət- həftədə 1 gün
-İş saatı ( növbəli): 10:00-18:00; 10:00-20:00
-Əmək haqqı: Təcrübədən asılı olaraq 700 AZN – 900 AZN +satışdan bonus
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Pərdə ”sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
1. Premium seqmentdə pərdə sahəsində ən az 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
2. Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti;
3. MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
4. Komandada işləmə bacarığı;
5. İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
6. Satış texnikası haqqında biliyin olması;
7. Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
8. Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.