Bakı
Satış üzrə mütəxəssis
Razılaşma ilə
Tam-ştat
02 noyabr 2023
02 dekabr 2023
“Azər-Türk Bank” ASC Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində Satış üzrə Menecer vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
• Banka KOB seqmentinə aid yeni müştərilərin cəlb edilməsi işinin təşkil edilməsi, müxtəlif növ biznes nümayəndələri ilə görüşlər keçirilməsi;
• Kiçik və Orta biznes kreditləri üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasının təmin edilməsi məqsədi ilə tabeçiliyində olan satış üzrə əməkdaşlara istiqamət verilməsi;
• Bankın yeni məhsul və xidmətləri barədə mövcud kiçik və orta biznes seqmentinə aid müştəriləri tabeçiliyində olan satış üzrə əməkdaşlar vasitəsi ilə məlumatlandırırlmasının təşkil edilməsi;
• Bank üzrə məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının hazırlanmasında iştirak edilməsi;
• KOB seqmentinə aid müştərilərin təhlil edilməsi üçün əməkdaşların hazırlanmasında iştirak edilməsi.
Namizədə tələblər:
• Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
• Müvafiq sahədə ən az 5 il iş təcrübəsi;
• Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
• MS Office proqramlarında işləmək bacarığı;
• Ünsiyyət qurmaq və idarəetmə bacarığı.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.