E

Satış üzrə menecer

Edu Max

Elan № 23403

E-poçt ünvanı

08 Mart

Elan tarixi

12 Aprel

Bitmə tarixi

719

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

1 ildən 3 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Satış

Sahə

İş barədə məlumat

Təhsil sahəsi üzrə Satış Meneceri

İş haqqında məlumat

  • Potensial müştərilər ilə gündəlik zənglərin edilməsi və görüşlərin keçirilməsi
  • Satış proseslərinin idarə edilməsi və həyata keçirilməsi
  • Satış olunacaq xidmətlərin dərindən öyrənilməsi və məsləhətçi kimi çıxış edilməsi
  • Bazarda rəqiblərin davamlı araşdırılması və analizi
  • Komanda ilə strategiyaların qurulması və icrasında aktiv iştirak
  • Satış texnikalarının davamlı inkişaf etdirilməsi
  • Gördüyü işlər barədə gündəlik hesabatların hazırlanması
  • Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyən edilməsi və onlarla əlaqələrin qurulması
  • İş rejimi: Həftənin 5 günü, 10:00 - 19:00
  • Maaş: Sabit əmək haqqı + yüksək faizli bonus sistemi

Namizədə tələblər

  • Təhsil: Ali təhsil
  • Dil bilikləri: Səlis Azərbaycan dili
  • Təcrübə: Satış meneceri kimi minimum 1-2 il iş təcrübəsi
  • Texniki bacarıqlar: MS Office proqramlarından (Word, Excel, Email və s.) istifadə bacarığı

Tələb olunan Yumşaq bacarıqlar (Şəxsi Keyfiyyətlər)

  • Disiplinli və davamlılığı qoruyan – işinə ciddi və məsuliyyətli yanaşan
  • Həmişə əvvəlcədən araşdırmasını edib hazırlıqlı olan – hər zəngi, hər görüşü planlı şəkildə idarə edən
  • Pozitiv və motivasiyalı, həmçinin şəxsi təşəbbüskarlıq bacarığına sahib olan
  • Detallara fikir verən – xırda nüansların böyük fərq yaratdığını bilən
  • İnsanlarla ünsiyyət qurmağı sevən – aktiv sosial və ünsiyyət bacarıqlarına malik
  • Özünü satış sahəsində inkişaf etdirmək istəyən – daim öyrənməyə və böyüməyə açıq
  • Satış ediləcək kurslarımız haqqında dərindən öyrənib konsultant olmaq istəyən – məhsul və xidmətləri mükəmməl şəkildə tanıyan
  • Satışı kiməsə zorla nəyisə satmaq yox, problemlərə həll yolu təklif etmək olaraq görən
  • Daimi özünü inkişaf etdirmək istəyən və yeniliklərə açıq olan
  • Standard gəliri sevməyən – "Nə qədər uğurlu olsam, o qədər qazanmalıyam!" düşüncəsinə sahib olan

Bəs qarşılığında sizi nə gözləyir?

  • Gənc və kreativ komanda
  • Beynəlxalq təcrübələrə əsaslanan idarəetmə sistemi
  • 2.5 il ərzində 5 dəfə böyüyən bir heyət
  • Davamlı təlim və praktika imkanları
  • Yeniliklərə açıq və dəstəkləyici atmosfer
  • Böyük hədəflər və limitsiz inkişaf şansı
  • Şirkətin uğurlu əməkdaşlarının real nəticələri və gələcək hədəfləri ilə tanışlıq

Diqqət!

  • Əziyyət çəkmək istəməyən, CV-sini düzgün göndərə bilməyən, ana dilində düzgün danışa və yaza bilməyən, ancaq tanışlıqla iş tapan insanlar müraciət etməsin.
  • Kreativ yanaşmaları olan, şirkəti əvvəlcədən araşdıran və niyə bizim üçün uğurlu əməkdaş olacağını göstərə bilən namizədlərə üstünlük veriləcək.

Müraciət üçün

CV-nizi mövzu hissəsində “Təhsil sahəsi üzrə Satış Meneceri” qeyd etməklə hr@edumax.az ünvanına göndərin.

Məsləhət istəyirsən? Instagram səhifəmizə bax:@edumax_academy
Seçilmək istəyirsən? Hazırlaş və ofisə gəl! Yaxud, rəhbərlərin sosial hesablarını, əlaqə vasitələrini tap və birbaşa əlaqə qur!

Bizə qoşul və limitini özün təyin et!


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 23403

E-poçt ünvanı

08 Mart

Elan tarixi

12 Aprel

Bitmə tarixi

719

Baxılıb

Premium et
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin aktivlik müddətinin sonunadək orada qalacaq.

XİDMƏTİN MÜDDƏTİNİ SEÇİN

Ödəniş etməklə sayt istifadəçi razılaşmasınısayt qaydalarını qəbul etmiş olursunuz.

Elanın irəli çəkilməsi

Ödəniş etməklə sayt istifadəçi razılaşmasınısayt qaydalarını qəbul etmiş olursunuz.

Укажите причину жалобы на вакансию "Курьер"