Lüks pərakəndə satış sektorunun aparıcı şirkəti olan “Italdizain” QSC ”Swarovski”, “Coincasa”, “Xtravaganza”, “Villeroy&boch” butiklərində satış üzrə məsləhətçi vakansiyası üzrə işçi axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Brendi mağazada və ondan kənarda təmsil etmək.
- Brend, onun tarixi və fəlsəfəsi haqda biliklərə sahib olmaq.
- Müştərilərlə xidmət və ünsiyyət standartlarına uyğun işləmək.
- Brendin standartları və çeşidi siyasətinə uyğun mağazanın xarici görünüşünə cavabdeh olmaq (merçandayzinq, mağazanın dekorlaşdırılması).
- Alıcılara düzgün məhsulu tapmaqda kömək etmək, məhsul və brend xüsusiyyətləri barədə məsləhətlər vermək.
- Yeni məhsulları və aksiyaları aktiv şəkildə təklif etmək.
- Müştərilərə xüsusi təkliflər və loyallıq proqramları barədə məlumat vermək.
- Müştərilərlə münasibətləri inkişaf etdirmək və brendə olan loyallığını artırmaq.
- Mağazanın inventarizasiyasında iştirak etmək və təmizlik və qayda-qanuna riayət etmək.
- Bitirilmiş iş haqda hesabatları vaxtında rəhbərliyə təqdim etmək.
Tələblər:
- Orta, orta ixtisaslaşdırlmış və ya ali təhsil.
- Satış sahəsində təcrübə (üstünlük verilir).
- Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini orta səviyyədə bilmək.
- Yaxşı ünsiyyət bacarıqları və inandırmaq qabiliyyəti.
- Stressə davamlılıq, məsuliyyət, diqqətlilik, təşəbbüskarlıq və çalışqanlıq.
- Mükəmməl xarici görünüş.
İş şəraiti:
- Rəqabətədavamlı əmək haqqı.
- Peşəkar inkişaf və yüksəliş imkanları.
- Dostluq mühiti və rahat iş şəraiti.