Scrum Master

Scrum Master

Rabitabank OJSC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    20 sentyabr 2024

  • Bitmə tarixi

    22 oktyabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Scrum Master vakansiyaları üçün bura keçid edin!

 

“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

 

  • Komanda tərəfindən Agile, Scrum, Kanban dəyərlərinin, təcrübələrinin və qaydalarının qəbul edilməsini və onlara əməl olunmasını təmin etmək;
  • Scrum komanda üzvlərinə layihənin məqsədi barədə məlumatları düzgün çatdırmaq;
  • Scrum görüşlərinin (Daily Scrum, Sprint Planning, Sprint Review, Retrospective) müsbət, məhsuldar və vaxt məhdudiyyətləri daxilində olmasını təmin etmək
  • Bakloqun prioritetləşdirilməsində PO-ya dəstək olmaq;
  • Qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında komandaya dəstək olmaq;
  • Bankdaxili və komanda daxili biznes və Agile metriklərini təqib etmək;
  • Komandanın effektivliyini təmin etmək;
  • Sprint hədəfinin formalaşmasına və scrum komandanı sprintin hədəfinə fokuslanmağa yönəltmək;
  • Komandaya daxil olan tapşırıqların qiymətləndirilməsini təmin etmək;
  • Komandaya mane olan maneələrin aradan qaldırılmasını təmin etmək;
  • Hesabatların hazırlanması və analizi.

 

Tələblər:

 

  • Ali təhsil ( IT yönümlü üstünlükdür);
  • Layihələrin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
  • CSM / PSM I sertifikatlarının olması üstünlükdür;
  • Jira alətində işləmək bacarığı üstünlükdür;
  • Ünsiyyətcil, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
  • Komandanın inkişafı üçün komanda üzvlərinə dəstək olmaq;
  • Vaxtın səmərəli idarə edilməsi və təşkiletmə bacarığı;
  • Problem həll etmə bacarığı və nəticəyönümlülük;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, detallara diqqət yetirmək və analitik düşünmə qabiliyyəti;
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili və rus dili bilikləri (ingilis dili arzuolunandı);
  • Stressə davamlılıq;
  • Peşəkar bilik və bacarıqlarını artırmağa daimi hazır olmaq.

Elan #855725

  • 801

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox