“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Komanda tərəfindən Agile, Scrum, Kanban dəyərlərinin, təcrübələrinin və qaydalarının qəbul edilməsini və onlara əməl olunmasını təmin etmək;
- Scrum komanda üzvlərinə layihənin məqsədi barədə məlumatları düzgün çatdırmaq;
- Scrum görüşlərinin (Daily Scrum, Sprint Planning, Sprint Review, Retrospective) müsbət, məhsuldar və vaxt məhdudiyyətləri daxilində olmasını təmin etmək
- Bakloqun prioritetləşdirilməsində PO-ya dəstək olmaq;
- Qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında komandaya dəstək olmaq;
- Bankdaxili və komanda daxili biznes və Agile metriklərini təqib etmək;
- Komandanın effektivliyini təmin etmək;
- Sprint hədəfinin formalaşmasına və scrum komandanı sprintin hədəfinə fokuslanmağa yönəltmək;
- Komandaya daxil olan tapşırıqların qiymətləndirilməsini təmin etmək;
- Komandaya mane olan maneələrin aradan qaldırılmasını təmin etmək;
- Hesabatların hazırlanması və analizi.
Tələblər:
- Ali təhsil ( IT yönümlü üstünlükdür);
- Layihələrin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
- CSM / PSM I sertifikatlarının olması üstünlükdür;
- Jira alətində işləmək bacarığı üstünlükdür;
- Ünsiyyətcil, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
- Komandanın inkişafı üçün komanda üzvlərinə dəstək olmaq;
- Vaxtın səmərəli idarə edilməsi və təşkiletmə bacarığı;
- Problem həll etmə bacarığı və nəticəyönümlülük;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, detallara diqqət yetirmək və analitik düşünmə qabiliyyəti;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan dili və rus dili bilikləri (ingilis dili arzuolunandı);
- Stressə davamlılıq;
- Peşəkar bilik və bacarıqlarını artırmağa daimi hazır olmaq