Scrum Master

Scrum Master

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    05 iyun 2023

  • Bitmə tarixi

    05 iyul 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Scrum Master vakansiyaları üçün bura keçid edin!
  • Həlləri planlaşdırmaq, idarə etmək və həyata keçirmək üçün çevik metodologiyanın dəyərlərinin, prinsiplərinin və üsullarının istifadə edilməsi
  • Tapşırıqların, məsələlərin, risklərin və tədbirlər planının bəndlərinin müəyyən edilməsi və idarə edilməsi
  • “Scrum” sisteminə həsr olunan tədbirlərin, iclasların və qərar qəbuletmə proseslərinin planlaşdırılması və bunların həyata keçirilməsinə köməklik göstərilməsi
  • İşlərin icrasında əldə edilən irəliləyişə və əmək məhsuldarlığına nəzarət edilməsi və işçi heyətlərinin təkmilləşdirmələr etməsinə köməklik göstərilməsi
  • Sınaq nümunələrinin nümayiş etdirilməsinin və məhsulun/sistemin sınaqdan keçirilməsinin planlaşdırılması və təşkil edilməsi
  • Layihə proseslərinin və nəticələrinin izlənməsi
  • Maraqlı tərəflər üçün cari vəziyyət haqqında hesabatların hazırlanması və təqdim edilməsi
  • Heyətə və təşkilata çevik üsulların metodologiyalarının istifadə edilməsi qaydası haqqında təlimatların verilməsi
  • Heyətə təlim verilməsi; şəffaf və dəyişən şəraitə uyğunlaşmağı bacaran heyət standartlarının qavranmasına köməklik göstərilməsi 
  • Yeni məhsulun buraxılmasını planlaşdırmaqda və yarımçıq işləri başa çatdırmaqda məhsul sahibinə köməklik göstərilməsi
  • Mədəniyyətlərarası anlaşılmazlıqlar və ya logistika problemləri kimi maneələrin aradan qaldırılması
  • Bütün heyət üzvləri arasında sıx əməkdaşlığın təşviq edilməsi, heyət üzvlərinin bir-birinə çarpaz təlim verməsinin və köməklik göstərməsinin təşviq edilməsi
  • Heyət daxilində və xaricində ünsiyyətin və əməkdaşlığın həyata keçirilməsinə köməklik göstərilməsi
  • Heyətin və təşkilatın bütün səviyyələrində Çevik proseslərin, prinsiplərin və üsulların həyata keçirilməsi
  • Heyət daxilində özünütəlimin və karyera yüksəlişinin təşviq edilməsi
  • Söhbətlər, təlim vermə və rol oyunu çalışmaları vasitəsilə heyətə çevik düşüncə tərzinin aşılanması
  • Cəza qorxusu olmadan problemlərin qaldırıla biləcəyi etibarlı və təhlükəsiz mühitin yaradılması
  • Heyətin tədbirlərinin keçirilməsinə köməklik göstərilməsi: gələcək fəaliyyətin planlaşdırılması, keçmiş fəaliyyətin qiymətləndirilməsi 

Mənbə: Pasha Bank

Namizədə tələblər:
  • Çevik inkişaf sahəsində 1-3 il iş təcrübəsinə və Scrum adlı layihə idarəetməsi sisteminin təlimatçısı və ya buna bənzər vəzifədə iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir
  • Layihə təşkilatçısı vəzifəsində keçmiş iş təcrübəsi də yüksək qiymətləndirilir, lakin zəruri deyil (çevik təşkilatçılıq sahəsində iş təcrübəsinə üstünlük verilir)
  • Çevik təşkilatçılığın əsasları haqqında güclü biliyə malik olma
  • Heyətə çevik üsullar haqqında təlim vermək və maksimal biznes imkanlarından vaxtında istifadə etmək məqsədilə çevik metodologiyaya riayət olunmasını təmin etmək qabiliyyətinə malik olma.
  • Mürəkkəb məlumatları çatdırmaq və yeni anlayışları öyrətmək qabiliyyəti ilə yanaşı güclü ünsiyyət bacarıqlarına malik olma
  • Dil bilikləri: İngilis dili

Elan #849799

  • 912

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox