- I-V günlər, 10:00-19:00
- 2 saat fasilə 13:00-15:00
- Həftə sonu istirahət
Vəzifə öhdəlikləri:
- PHP ilə yazılmış sistemə yeni funksionallıqlar əlavə etmək və hazırda var olan özəllikləri inkişaf etdirmək;
- Proyektdəki digər komandalarla (menecment və dizayn) sıx əlaqədə olmaq və proyektin vaxtında təhvil verilməsi üçün lazımi texniki dəstəyi göstərmək
- Cari kod arxitekturasını inkişaf etdirmək, lazım gələrsə fərqli arxitekturalar tətbiq etmək
- Səliqəli, optimal kod yazmaq, sistemin modulyarlığını qorumaq, ehtiyac olarsa cari kodlara da bunları tətbiq etmək
- Digər proqramçılar tərəfindən yazılan kodlar product-a əlavə olunmazdan öncə incələmək, lazımi geridönüşlər etmək, yeni yazılan kodların standartlara cavab verdiyinə əmin olmaq
- Komandaya qoşulan yeni developerlərə mentorluq etmək, proyekti öyrənməsini təmin etmək
- Proyekt üçün dokumentasiya hazırlamaq və cari dokumentasiyanı inkişaf etdirmək
Tələblər:
- Obyekt-yönümlü proqramlaşdırmada (OOP) və MVC arxitekturasında uzunmüddətli təcübə
- Verilənlər bazası ilə təcrübə (MySQL)
- Front-end texnologiyaları ilə (HTML, CSS, Javascript, jQuery, React) təcrübə
- Git/GitHubla iş təcrübəsi
- Agile metodologiyası ilə tanışlıq və task management bacarıqları
- Güclü alqoritmik düşünmə və problem həll etmə bacarıqları
- Komanda ilə işləmək və sıx kommunikasiyada olmaq
Əgər siz də özünüzü bizim komandada görmək istəyirsinizsə aşağıda qeyd edilən formu doldurmağınız kifayətdir.