Bakı
Sığorta
Razılaşma ilə
Tam-ştat
15 mart 2023
14 aprel 2023
1. Sığorta öhdəlikləri üzrə ehtiyatlarının hesablanmasını (Maliyyə Hesabtlarının Beynəlxalq Standartına uyğun və Nəzarət orqanının tələblərinə əsasən) aparmaq;
2. Sığorta öhdəlikləri üzrə ehtiyatların adekvatlığını ölçmək (LAT, Run-off ) və ehtiyatlarla bağlı digər analiz hesabatlarının hazırlanması;
3. Ucot jurnalının hazırlanması və avtomatlaşdırılması prosesində iştirak etmək;
4. Sığorta riski üzrə daxili alətlərin/modellərin yaradılması, tətbiq edilməsi və təkmilləşdirilməsində iştirak etmək;
5. Risk səviyyələri üzrə hesablamları həyata keçirmək;
6. Sığorta riskləri üzrə hesabatların qaydalar çərçivəsində hazırlanmasınıda iştirak etmək;
7. Müvafiq araşdırma, tədqiqat, təhlil işlərinin aparılmasında iştirak (qiymətləndirmənin adekvatlığı, portfel analizi, təkrarsığortanın effektivliyi, büdcələmə prosesində iştirak);
8. Birbaşa rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.
İş təcrübəsi: Risklərin idarə edilməsi və ya aktuar sahəsində ən az 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası: Riyaziyyat, İqtisadiyyat və Maliyyə sahəsində bakalavr dərəcəsi tələb olunur;
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta;
Üstünlüklər: SOA Exam P/FM və ya yerli aktuari imtanlarında nailiyyət, Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi;
Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla, MS Power Point: əla;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.