Vəzifənin əsas məqsədi:
- Sığorta məhsullarını təqdim etməklə satışları artırmaq və müştəri bazasını inkişaf etdirmək.
- Şirkət tərəfindən müəyyən edilmiş hədəfləri, satış planını yerinə yetirmək.
- Şirkət tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək, verilən təlimatları öyrənmək və satış texnikasını tam mənimsəmək.
- Satış zamanı müştəri xidmətlərinin standartlarına uyğun xidmət göstərmək.
- Müştəri şəbəkəsini genişləndirmək və inkişaf etdirmək.
- Yeni məhsullar və aksiyalar haqqında müştəriləri məlumatlandırmaq.
- Satış nöqtələrində məhsulların təqdimatını keçirmək.
- Şirkəti düzgün təmsil etmək, geyim, davranış, etik qaydalara əməl etmək və şirkətin dəyər və prinsiplərinə uyğun davranmaq.
- Sığorta sahəsi üzrə təcrübə tələb olunmur.
Tələblər:
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus və İngilis dili arzuolunandır).
- Ünsiyyət bacarıqları.
- Satış bacarıqları.
- Stressə davamlılıq.
- Məsuliyyətlilik.
- Məqsədyönlü olmaq.
İş şərtləri:
- İş rejimi: I-IV günlər 09:30 - 17:30, V gün 09:30 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir).
- İş yeri: Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 16.
Biz sizə təklif edirik:
- Karyera və inkişaf üçün əla fürsətlər.
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübə qazanılması.
- İşlə təmin olunma imkanı.
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
- Satışlara əsasən artan gəlir.
Xahiş olunur diqqətlə oxuyun, ünvanı və iş şərtlərini nəzərə alaraq, əgər bu sahə sizə uyğundursa CV göndərin.