Bakı
Sistem idarəetməsi
Razılaşma ilə
Tam-ştat
Ali
12 avqust 2021
11 sentyabr 2021
AFB Bank İT Strukturu “Sistem və şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis” (Sistem inzibatçısı) vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Sistem və şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
• Server avadanlıqları, şəbəkə və sistemlərdə olan təhlükəsizlik qüsurlarının aradan qaldırılması;
• Sistem proqramları və avadanlıqlarının ciddi təhlükəsizlik qüsurları olarsa onların ilkin diaqnostikası və nəticənin uyğun mütəxəssislərə çatdırılmasının təmin edilməsi;
• Microsoft/Linux server məhsullarının quraşdırılması, konfiqurasiya edilməsi, patch-ların yüklənməsinin təmin edilməsi;
• Windows Active Directory-in gündəlik əməliyyatının idarə edilməsi və təkmilləşdirilməsi;
• Group Policy –nin test, konfigurasiya və idarə edilməsi;
• Arxivləşmənin programlarının və platformasının idarə edilməsi;
• Vmware, Windows/Linux serverlərinin və infrastrukturunun idarə edilməsi;
• Microsoft Exchange Serverinin administrativ işlərinin yerinə yetirilməsi;
• Bankda server avadanlıqlarına, şəbəkə və sistem proqramlarına ilkin təhlükəsizlik xidmətinin göstərilməsi və qüsurların aradan qaldırılması;
• Bankda mövcud sistemlər üzrə təhlükəsizlik avadanlıqlarının daima işlək vəziyyətdə olmasının təmin edilməsi və texniki xidmətin göstərilməsi;
• Antivirus və Firewall proqramlarının işinin vaxtaşırı yoxlanması;
• Bank əməliyyat sisteminin arxivləşdirilməsinə nəzarət edilməsi.
• Ali təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Əla səviyyədə Azərbaycan və orta səviyyədə İngilis dili bilikləri;
• İntranet/Internet, Sistem və Şəbəkə Texnologiyaları sahəsində biliklər (qeyd edilən sahələr üzrə sertifikatlar);
• İT Təhlükəsizlik divarları (firewall) və “WAF” texnologiyaları haqqında biliklər;
• Virtual infrastrukturun (Vmware, Hyper V) qurulmasına dair 2 il iş təcrübəsi;
• Serverə aid olan Microsoft məhsulları haqqında dərin biliklər;
• Comptia Server + , Comptia Network + sertifikatlarının olması arzu olunandır.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Sistem və şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis” (Sistem inzibatçısı) qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.