Bakı
SMM
Razılaşma ilə
Tam-ştat
Ali
21 sentyabr 2021
21 oktyabr 2021
Vəzifə: SMM Mütəxəssis
Bu vəzifədə çalışan məsul şəxs, kreativ düşüncəyə sahib olmalı, təşəbbüskar və nəticəyönümlü olmalıdır.
Öhdəliklər:
• Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontentin (mətn, foto, video) hazırlanması, veb-sayt və sosial mediada yerləşdirilməsi,
• Hazırlanmış materialın sosial mediada təşviqi və kreativ yanaşmanın tətbiqi,
• Şirkətin sosial media səhifələrinin idarə olunması,
• Canlı yayımların təşkil olunması,
• İzləyici kütləsi ilə kommunikasiyanın qurulması,
• Sosial şəbəkələrdə və saytda carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və sosial şəbəkələrdə aksiyaların keçirilməsinə dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması,
• Sosial media və rəqəmsal marketinq sahəsində ən son tendensiya, yenilik və texnologiyalardan xəbərdar olmaq.
Məşğulluq:
• Tam, Həftə içi 5 gün, 09:00-18:00
• Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır.
• Ali təhsil (jurnalistika, filologiya, marketinq və ya pedaqoji sahə üzrə)
• Sosial Media Marketinq (SMM) üzrə bilik və min.1-2 il iş təcrübəsi
• Qrafik dizayn qabiliyyəti (Coral draw, Adobe Products, Creative Cloud-üstünlükdür)
• Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı/qabiliyyəti,
• Foto/video çəkiliş aparmaq bacarığı
• Punktual, məsuliyyətli, kreativ
• Diqqətli
• Rus dili-İnglis dili biliyi üstünlükdür.
• İKT sahəsi üzrə müvafiq bilik və bacarıqlar.
Uyğun namizədlərdən CV-ni hr@ite.az elektron ünvanına mövzu bölməsində vəzifənin adı (SMM Mütəxəssis) yazmaqla 05.10.2021-ci il tarixədək göndərmələri xahiş olunur.
Sizi komandamızda görməkdən məmnun olarıq!
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.