SMM Qrup Rəhbəri

SMM Qrup Rəhbəri

FİL Agency MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    SMM

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    15 sentyabr 2021

  • Bitmə tarixi

    15 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Sosial Media Marketinq (SMM) mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Agentlik haqqında:

“Fil” Marketinq Agentliyi 2017-ci ildən fəaliyyət göstərir. Rəqəmsal Marketinq, Marketinq Strategiyası, Kommunikasiyası və Sosial Media istiqamətləri üzrə yerli və xarici müştəri portfoliosuna sahibdir. Həmçinin illik olaraq keçirilən Rəqəmsal Marketinq Konfransı, Milli Marketinq Forumu və Sosial Media təlim proqramının təşkilatçılarındandır. Agentliyin həmçinin biznes konsultasiya xidməti və facemark.az online biznes portalı mövcuddur.

Vəzifə: SMM Qrup Rəhbəri

Vəzifə öhdəlikləri:

• Komanda ilə müştərilərin əlaqəli işləməsinin təmini, işin gedişinə nəzarət;
Müştərilərin istək və tələblərinin komanda arasında düzgün bölüşdürməsini təşkil etmə və icrasına nəzarət;
• Mütəmadi müştərilərlə ünsiyyət, plana uyğun olaraq müştərilərin ziyarət edilməsi, görüşlərin keçirilməsi;
• Verilmiş tapşırıqların vaxtında icra edilməsinin (deadline)- təmini;
• Post planlarının hazırlanma prosesinə nəzarət və müştəriyə göndərmədən əvvəl yoxlamaq;
• Post Planların hazırlanması prosesində yaxından iştirak, komandaya istiqamət vermə, müştəridən alınan brifin təkmilləşidirilib komandaya düzgün kommunikasiyası;
• Aylıq olaraq müştərilərlə və daxili komanda ilə iş üzrə təkliflər hazırlamaq;
• Müştərilərin rəqiblərinin mütəmadi təhlili və təkliflərdə nəzərə alınması;
• RTM yaradılması və həyata keçirilməsinə nəzarət;
• Yeni trendləri izləmək, daim işin detalları barədə məlumatlı olmaq, təşəbbüskar olmaq;
• Komandanın inkişafını nəzarətdə saxlamaq, təlimlər tapmaq;
• Reklamlara və reklam büdcələrinə nəzarət;
• Yeni markalar üçün araşdırma aparmaq, təkliflər hazırlamaq;
• Problemli situasiyalarda həll təklif etmək;
• Hesabatların hazırlanması; (Reklam hesabatı, görülən işlərə dair təqdimat, qoyulan hədəflər üzrə nəticələrin təqdimi və s.)

Şərtlər:

• Həftə ərzində 5 günlük iş qrafiki (ayda 2 dəfə şənbə günü yarım gün)
• İş qrafiki: növbəli 09:00 – 18:00 və ya 10:00 – 19:00
• Karyera yüksəlişi imkanı mövcuddur.
• Əmək haqqı: 1000 -1500 azn (namizədə görə dəyişə bilər)

Namizədə tələblər:

• Sosial Media İdarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi

• Sosial Media Reklamlarının yaradılması və idarə edilməsi üzrə ciddi texniki biliklər

• Rəqəmsal platformalarla iş təcrübəsi, analitik təhlilləri edə bilmək, hesabatlar hazırlamaq

• Ciddi təhlil və təqdimat hazırlama bacarığı. Excell biliyinin minimum orta səviyyədə olması

• Kreativ komanda ilə müştəri təmsilçiləri arasında düzgün iş bölgüsünün aparılması üçün “task management” proqramlarından aktiv istifadə

• Ümumi marketinq və marketinq kommunikasiyaları barədə məlumatlı olması üstünlükdür

• Yaradıcı yanaşma, ünsiyyətcil olması və komanda idarə etmə bacarıqları

• Agentlik təcrübəsi və “team lider” təcrübəsi namizəd seçimində ciddi üstünlük sayılacaq

• Azərbaycan dili (əla), Rus-dili (yaxşı), İngilis dili (orta)

Namizədlərdən şəkilli CV-lərini email başlığında “SMM Qrup Rəhbəri” başlığı ilə salam@filagency.az emailinə göndərmələri xahiş olunur.

Uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox