Redmark Agency olaraq komandamıza dəyər qatacaq Sosial Media Meneceri vakansiyasını elan edirik!
Vəzifə öhdəlikləri:
- Müxtəlif sosial media platformalarında (Instagram, Facebook, TikTok, LinkedIn və s.) marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsi
- Kontent planının hazırlanması və onun icrası
- Video və paylaşım kontentlərinin yazılması
- Video senarilərin hazırlanması
- Brendin sosial mediada tanınması və müştəri ilə əlaqələrin gücləndirilməsi üçün yaradıcı yanaşmaların tətbiqi
- Sosial media analitikası və performans göstəricilərinin izlənməsi, hesabatların hazırlanması
- Rəqiblərin analizi və bazar trendlərinin izlənməsi
- Müxtəlif vizual və mətn kontentlərinin hazırlanması ilə bağlı yaradıcı komandaya nəzarət edilməsi
- Müştərilər ilə əlaqənin saxlanılması
Tələblər:
- Minimum 2 il iş təcrübəsi
- Digital marketing, Meta Business Suite üzrə bilik və təcrübə
- Sosial media alətləri və trend mövzuları ilə yaxından tanışlıq
- Yüksək yaradıcılıq qabiliyyəti və yaradıcı yanaşma
- Güclü analitik düşüncə və hesabatlama bacarıqları
- Komanda ilə işləmə və müstəqil qərarlar vermə bacarığı
- Azərbaycan və ingilis dillərində danışıq və yazı bacarığı (rus dili arzuolunandır)
Üstünlüklər:
- Fleksibil iş qrafiki
- Kreativ və dinamik iş mühiti
- Karyera inkişafı üçün geniş imkanlar
- Qlobal layihələr ilə bağlı geniş imkanlar
İş haqqında:
- 9:00 - 18:00 iş qrafiki
- Həftənin 2 günü istirahət
- Ə/H: 700 - 900 AZN (müsahibə əsasında namizədin bilik bacarıqlarına uyğun təyin olunacaqdır.)