Sosial Media Marketinq (SMM) təcrübəçi

Sosial Media Marketinq (SMM) təcrübəçi

Düşüncə Academy MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    SMM

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Təcrübəçi

  • Təhsil

    Orta

  • Yerləşmə tarixi

    12 mart 2024

  • Bitmə tarixi

    21 aprel 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Sosial Media Marketinq (SMM) mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Azərbaycanda Amerika yatırım mədəniyyətini və maliyyə savadlılığını ölkəmizə gətirən Düşüncə Academy MMC Marketinq bölməsində Sosial media marketinq üzrə təcrübə proqramı elan edir.Təcrübə proqramı 3 ay müddətində nəzərdə tutulub.Təcrübə dövründə nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.

Düşüncə Academy MMC-nin missiyası, istedadlı gənclərin işsizliyi problemini həll edib,onlara gələcəyi böyük innovativ startuplarımızda işçi kimi yox öz işi kimi təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Qeyd edək ki Düşüncə Academy komandasının böyük hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Sosial media marketinq üzrə təcrübəçi nə iş görür?

  • Sosial media marketinq strategiyalarının hazırlanması
  • Layihələrin SEO və SEM menecmenti
  • Ən əsası content creator biliyi
  • Google Search Ads, Google Display Ads, Facebook Ads, Instagram Ads və digər platformalar üzərindən reklamların idarə olunması
  • Reklamların daimi optimizasiyasının icra edilməsi
  • Bütün sosial media marketinq kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlamaq və hədəflərə əsasən onları qiymətləndirmək

3 aylıq təcrübə müddətini uğurla başa vurmuş şəxslər AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işə qəbul olunacaqlar.

NAMİZƏDƏ TƏLƏBLƏR

  • Google Analytics, Google Tag Manager bilikləri
  • SEO bilikləri
  • Kreativ kontent tərtib etmək bacarığı.
  • Sosial media marketinq (Instagram, Facebook, Linkedin, YouTube və s.) təcrübəsi
  • Analitik düşünmə qabiliyyəti
  • Məsulliyyətli, səbrli, diqqətli və dürüst olmaq;
  • Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq
  • Şirkətin strukturu və idarəetmə prinsiplərini öyrənmək,subordinasiya və etika qaydalarına riayət etmək.
  • Meta ads bacarıqlarına sahib olması;
  • Günlük, həftəlik və aylıq kontent planın hazırlanması;
  • Təsdiq edilmiş postların sosial şəbəkələrdə paylaşması;
  • Şəbəkəyə gündəlik gələn şərhlərə,rəylərə,mesajlara və sorğulara cavab verməsi;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
  • Bazar ertəsi – Cümə: Iş qrafiki sərbəstdir.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “ Sosial media marketinq üzrə təcrübəçi” qeyd edib e-mail ünvanına göndərəsiniz. Qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət üçün e-poçt daxil et

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox