SRE Engineer

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Texniki avadanlıq mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    28 sentyabr 2021

  • Bitmə tarixi

    28 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. SRE Engineer vakansiyaları üçün bura keçid edin!

PAŞA Bank” ASC olaraq “SRE Engineer” (Servis Etibarlılığı üzrə Mühəndis) kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Xidmətin hazırlanma prosesindəki dizayn, işə salınma, əməliyyat və inkişafı kimi mərhələlərə nəzarət və onların təkminləşdirilməsi;
• Təşkilat üçün kod standartlaşdırma və avtomatlaşdırma prosesinin yaradılması;
• Xidmətlər işə salındıqdan öncə sistem dizayn konsaltinqi, proqram platformaları, çərçivələrin hazırlanması, həcm planlaşdırılması və işə salma proseslərinin nəzərdən keçirilməsi;
• Xidmətlər işə salındıqdan sonra mövcudluğun, gecikmələrin və ümumi sistem vəziyyətinin izlənilməsi;
• Sistemlərin davamlılığını avtomatik mexanizmlər vasitəsi ilə ölçülməsi;
• Sistemlərin etibarlılığını və sürətini artıran dəyişikliklərin təklif edilməsi;
• Hadisələrə qarşı davamlı reaksiyaların verilməsi və daha sonra müzakirələrin aparılması;
• Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərinin analiz edilməsi;
• Bütün hadisələrin və xidmət tələblərinin ixtisaslaşdırılmış araşdırma və diaqnostikasının təqdim edilməsi;
• Problemləri təyin etdikdən sonra həll yollarının istifadəçilərlə təsdiq edilməsi;
• Mövcud problemlərin həllinin təqdim edilməsi;
• Dizayn, təhlil və geniş miqyaslı paylaşma sistemləri üzrə problemlərin aradan qaldırılmasında iştirak;
• Kodun nizamlanması, optimallaşdırılması və gündəlik tapşırıqların avtomatlaşdırılması;
• Mühüm problemlərlə qarşılaşan zaman Hadisə və ya Problemlər üzrə Menecerin məlumatlandırılması.

Namizədə tələblər:

Sizdən nə tələb olunur?

• Təhsil: Kompüter Elmləri və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
• Tələb olunan iş təcrübəsi: Minimum 3 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: Java OCA və OCP üzrə Sertifikatlar
• Xarici dillər: İngilis dili
• Komputer bilikləri: C, C++, Java, Python və ya Go, Linux OS family, Cloud (IaaS, PaaS, SaaS), Kubernetes, Docker, Ansible, Terraform, CircleCi, Jenkins
• Məhsul bilikləri: Alqoritmlər, məlumat quruluşları, mürəkkəblik təhlili və proqram dizaynı
• Bazar üzrə biliklər: SRE və DevOps trendləri
• Digər:
• Komanda daxilində işləmək
• Güclü ünsiyyət qurma və sistematik problemləri həll etmə bacarığı
• Analitik düşüncə və fövqəladə hallara reaksiya vermə qabiliyyəti

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 25.10.2021 tarixinədək recruitment@pashabank.az ünvanına başlıqda ““SRE Engineer” (Servis Etibarlılığı üzrə Mühəndis)” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox