Namizədə Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment, Maliyyə, və ya Audit sahəsində);
- Universiteti yeni bitirmiş şəxslərə üstünlük verilir;
- Ofis proqramlarında işləmə bacarığı (xüsusilə Excel, Word);
- Dəqiqlik, nəzarətetmə bacarığı və məsuliyyətlilik.
İş Barədə Məlumat:
- Stokun gündəlik yoxlanılması və ümumi stoka nəzarətin həyata keçirilməsi;
- Anbardan malların daxilolması və çıxışına nəzarət edilməsi;
- Mal sayım proseslərinə nəzarət və sayım nəticələrinin analiz edilməsi;
- Mal stokunun dövriyyəsinə və malların mövcudluğuna nəzarət etmək;
- İdxal əməliyyatlarının izlənməsi və tənzimlənməsi;
- Mağaza stoklarına və satış nəticələrinə əsasən tədarükçülərə sifarişlərin hazırlanması;
- Mağazalarımıza daxil olan malların qəbulu, transferi və uçotunu təşkil etmək;
- Anbarda malların səliqəli və növlərinə görə yığılmasına nəzarət etmək;
- Anbarın təmiz, nizamlı və təhlükəsiz şəraitdə saxlanmasına cavabdeh olmaq;
- Mədaxil-məxaric proseslərinin düzgün icra edilməsi və sənədləşdirilməsi;
- Müvafiq hesabatların vaxtında hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Gün ərzində və iş gününün sonunda stok təftişi aparmaq və məlumatları rəhbərliyə bildirmək;
- Materialların paylaşdırılmasına və məhsulların göndərilməsinə nəzarət etmək, müvafiq sənədlərin düzgünlüyünü yoxlamaq;
- AR Əmək Məcəlləsinə uyğun sənədləşməni təmin etmək.
Bu tələblərə cavab verən namizədlər müraciət edə bilər.