Görəcəyiniz işlər:
- Pərakəndə bankçılıq sahəsi üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
- Pərakəndə və ekvayrinq biznesi istiqamətində yeni məhsul və xidmətlərin araşdırılması və yeni təcrübələrin tədbiq edilməsi;
- Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
- İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
- Qlobal və yerli bazarda pərakəndə bankçılıq sahəsinə aid yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;
- Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onlarla yaxından çalışmaq;
- Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
- Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə (Xarici təhsil və ya beynəlxalq sertifikatklar arzuolunandır);
- Pərakəndə biznesi sahəsi üzrə ən azı 2 il iş təcrübəsinə;
- Yaxşı səviyyədə MS Office proqram biliyinə;
- Xarici dil biliyinə (İngilis dili mütləqdir, rus arzuolunandır);
- Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqlarına;
- Yüksək təqdimat və ünsiyyət qabiliyyətinə;
- Yüksək kommunikasiya bacarıqlarına malik olan şəxsdir.