Görəcəyiniz işlər:
- Rəqəmsal bankçılığın inkişafı üzrə strategiyanin icrasinda müvafiq departamentlərə dəstək vermək;
- Müəyyən strateji təşəbbüslərin icrası zamanı zərurət yarandığı təqdirdə məsləhətçilərin cəlb edilməsi və təşəbbüslərin həyata keçirilməsi üçün departamentlərə dəstək olmaq;
- Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə müvafiq struktur bölmələri ilə razılaşdırılmış halda sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
- Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, təşəbbüslərə sahiblik edən və dəstəkləyici struktur bölmələrindən onların icrasına mane olan səbəblər, həmin səbəblərin aradan qaldırılması istiqamətində planlaşdırılan və atılmış addımlar barədə məlumat almaq;
- Bankın və Törəmə müəssisələrinin strategiyalarının hazırlanması;
- Bazar və müxtəlif mövzuların detallı araşdırılması və konseptlərin hazırlanması;
- Strateji/ konsaltinq layihələrin idarə olunması;
- Vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqların icrası.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə (İqtisadi sahədə təhsil üstünlükdür);
- Layihələrin idarə edilməsi sahəsində 1-3 il iş təcrübəsinə;
- Yaxşı səviyyədə MS Office proqramları biliyinə;
- Xarici dil biliklərinə (İngilis dili mütləqdir, rus arzuolunandır);
- Problem həll etmə bacarığına;
- Təqdimat və ünsiyyət bacarığına sahib olan şəxsdir.