Vəzifənin funksiyaları:
- Şöbə əməkdaşlarının vəzifə təlimatları və fərdi iş planlarını hazırlayır, təhsil ehtiyaclarını müəyyən edir, fəaliyyətlərini qiymətləndirir və departament direktorunun təsdiqinə təqdim edir;
- Vəzifə təlimatları və fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təşkil edir və müvafiq nəzarəti həyata keçirir;
- Strateji idarəetmə üzrə metodoloji sənədləri formalaşdırır və yeni çağırışlara uyğunluğunu təmin edir;
- Milli strategiya və dövlət proqramları üzrə aidiyyəti tədbirlərin planlaşdırılması prosesini, eləcə də, Mərkəzi Bankın icraçı olduğu tədbirlərin həyata keçirilməsi istiqamətində monitorinq və hesabatlığı təşkil edir;
- Dövrü olaraq Mərkəzi Bankın strategiyasının formalaşdırılması istiqamətində strateji təhlilləri həyata keçirir və strateji məqsədlərin müəyyən edilməsi prosesini idarə edir;
- Strateji məqsədlər üzrə hədəf göstəricilərinin, təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılması, əsas risklərin müəyyən edilməsi, eləcə də, strateji təşəbbüslər üzrə təhlillərin aparılması prosesini idarə edir;
- Strateji təşəbbüslər üzrə Fəaliyyət planlarını hazırlayır, monitorinq və hesabatlığını həyata keçirir;
- Strategiyanı nəzərdən keçirir və növbəti strateji dövr üçün hazırlıq prosesini idarə edir;
- Strateji idarəetmə istiqamətində yeniliklərlə bağlı təkliflərin müzakirəsini həyata keçirir.
Kompetensiyalar
Davranış kompetensiyaları
- Analitik təhlil etmə;
- Araşdırma aparma;
- İnnovativlik və kreativlik;
- Komandada işləmə;.
- Məsuliyyətlilik;
- Strateji düşüncə;
- Stressə davamlılıq;
- Təkmilləşməyə meyllilik;
- Təşəbbüskarlıq;
- Ünsiyyətqurma;
- Vaxtın idarə edilməsi.
Liderlik kompetensiyaları
- Dəyişikliklərin idarəedilməsi;
- İdarəetmə;
- Qərar qəbuletmə;
- Təşkilatçılıq və planlaşdırma.
Texniki kompetensiyalar
- Strateji idarəetmə;
- Layihə idarəetməsi sahəsində biliklər;
- Makroiqtisadiyyat;.
- Maliyyə sektoru üzrə biliklər;
- Təqdimat və yazı bacarığı.
Təcrübə
Təhsil
- Ali təhsil (idarəetmə, iqtisadiyyat, maliyyə və s. əlaqəli ixtisaslar üzrə)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (yüksək səviyyədə)
Sertifikasiya
- Strateji idarə etmə üzrə beynəlxalq sertifikasiya arzu olunandır.
Son müraciət tarixi: 18.11.2024