Strategiyanın İcrası şöbəsinin Baş Mütəxəssisi

Strategiyanın İcrası şöbəsinin Baş Mütəxəssisi

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    16 iyul 2024

  • Bitmə tarixi

    25 avqust 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Strategiya üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Təsvir

İşiniz nədən ibarətdir?

  • Biznes və qeyri-biznes xəttini əhatə edən təşəbbüslər portfelinin idarə edilməsi;
  • Təşəbbüslərin icrasının, proqramların/proqram elementlərinin və qrup fəaliyyətinin izlənməsi və qiymətləndirilməsi;
  • Təşəbbüslərin icrasında boşluqların/ziddiyyətlərin müəyyənləşdirilməsi və SQO-lara şəffaf şəkildə təqdim olunmasının təmin edilməsi;
  • Strategiyanın uyğunlaşdırılması və hədəfə nail olunması istiqamətində məsləhətlərin verilməsi;
  • Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılığın olması;
  • Əsas strateji hədəflər haqqında məlumat və data toplayaraq, üst rəhbərliyə hesabatın (hədəflər sistematik olaraq əldə edilmədikdə və/və ya performans müəyyən edilmiş hədəfdən əhəmiyyətli dərəcədə aşağı düşdükdə) verilməsi.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: Biznesin idarəedilməsi, Maliyyə və ya İqtisadiyyat sahəsində ali təhsil (Magistr dərəcəsi arzu olunandır);
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 (beş) il;
  • Sertifikatlar: PMI/PMP, Data analitikası üzrə sertifikatlar;
  • Xarici dillər: İngilis (səlis), Rus (səlis);
  • Kompüter bilikləri: Microsoft Office (xüsusilə, PowerPoint və Excel), layihə idarəedilməsi üzrə proqramlar (məs. Jira), analitik proqramlardan istifadə arzuolunandır;
  • Məhsul üzrə biliklər: Biznes və texnologiyalara dair geniş təcrübə və maraq;
  • Bazar üzrə biliklər: Makroiqtisadiyyat və bank sektoru istiqamətində;
  • Digər tələblər: Güclü ünsiyyət bacarığı (yazılı və şifahi), problem həlletmə bacarığı və analitika.

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox