Bakı
Maliyyə analiz
Razılaşma ilə
Tam-ştat
Ali
12 avqust 2021
11 sentyabr 2021
Vakansiyanın adı: Mütəxəssis
Vakansiyanın kodu: V210811-1
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf idarəsi, Strateji idarəetmə şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: Maliyyə, marketinq, biznes analitikası
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il
Tələb olunan komputer bilikləri: MS Word - sərbəst;
MS Excel - sərbəst;
MS Power Point- sərbəst;
Microsoft Power BI - yaxşı.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst.
Namizədə tələblər:Vəzifə üzrə tələb olunan biliklər :
- Data analitikası üzrə biliklər;
- Maliyyə üzrə biliklər;
- Bazar iqtisadiyyatı prinsipləri üzrə biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
- Keyfiyyət yönümlülük;
- Analitik düşüncə;
- İntizamlılıq.
Digər tələb və üstünlük göstəriciləri: MBA təhsili olan namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Maliyyə və texniki fəaliyyət göstəricilərinin analitik təhlilinin və mürəkkəb əlaqələrinin müəyyən olunması;
- Biznes vahidlərinin strateji təşəbbüslər üzrə fəaliyyətinin izlənilməsi və təhlil edilməsi;
- Strateji planlama, büdcə və maliyyə təsirlərinin təhlilində iştirak edilməsi;
- Strateji və əməliyyat uyğunlaşdırılmasında iştirak edilməsi;
- Strateji yol xəritələrinin və digər əhəmiyyətli sənədlər üzrə hesabatlılığın idarə edilməsi;
- Ən yaxşı təcrübələrin təşkilat daxilində tətbiqində iştirak edilməsi;
- Təhlillərin nəticələri ilə bağlı təqdimatların hazırlanması;
- Şöbənin fəaliyyəti ilə bağlı digər zəruri işlərin icrasında iştirak edilməsi.
Son müraciət tarixi: 26.08.2021
Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1439#vp
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.