Strateji idarəetmə və araşdırma şöbəsinin Mütəxəssisi

Strateji idarəetmə və araşdırma şöbəsinin Mütəxəssisi

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    18 fevral 2025

  • Bitmə tarixi

    25 mart 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Strategiya üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 

İşiniz nədən ibarətdir?

  • Mövcud bazar tendensiyalarını izləmək üçün bütün mövcud mənbələrdən alınan məlumatların təhlil edilməsi və nəticələr barədə rəhbərliyə vaxtında məlumat verilməsi;
  • Bank sektoru üzrə aylıq hesabatın vaxtında hazırlanması;
  • Rəqib araşdırmaların və maliyyə hesabatlarının təhlilinin aparılması;
  • Strateji qərarların qəbulu üçün davamlı olaraq ən yaxşı qlobal təcrübələri, yerli bazar tendensiyalarını və rəqabət mühitini müəyyən etmək üçün araşdırmaların aparılması;
  • Strateji təşəbbüslərin hədəfləri və icra planları ilə pasportların hazırlanması; strateji təşəbbüslərin maliyyə təsirinin əvvəlcədən və sonrakı qiymətləndirilməsini həyata keçirilməsi;
  • Strategiya uyğunluğu və hədəfə nail olmaq baxımından biznes bölmələrinə dəstək göstərilməsi;
  • Bazarın qiymətləndirməsi, bankın rəqabətli mövqeyini müəyyənləşdirilməsi və araşdırma və analitikanın aparılması (məsələn, makroiqtisadiyyat, qlobal tendensiyalar, texnologiya/innovasiya, bazar, rəqabət, məhsullar üzrə);
  • Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlandırılması;
  • Bankdaxili Komitə və SQO-lar, həmçinin Korporativ Mərkəz üçün makro-iqtisadi və rəqabət ilə bağlı vahid məlumat mənbəyi olmaq və müxtəlif sorğularının cavablandırılması və lazımi hesabatların təqdim edilməsi;
  • Yüksək səviyyəli KPI-lərin idarəedilməsi və s.

 

 

Sizdən nə tələb olunur?

  • Təhsil: Bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 (iki) il;
  • Xarici dil bilikləri: İngilis dili (səlis), rus dili (arzuolunandır);
  • Kompüter bilikləri: MS Office, layihə idarəedilməsi proqramları (məs. Jira);
  • Məhsul üzrə biliklər: Bank məhsulları, satış kanalları və risk səviyyələri;
  • Bazar üzrə biliklər: Makroiqtisadiyyat və Bank sahəsi;
  • Digər tələblər: Biznes prosesləri üzrə biliklər, şəxsi münasibətlərin qurulması və idarəedilməsi, güclü ünsiyyət bacarıqları (yazılı və şifahi).

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox