Təchizat üzrə mütəxəssis

Təchizat üzrə mütəxəssis

FLY INN BAKU
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    19 fevral 2021

  • Bitmə tarixi

    21 mart 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Satınalma üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Vəzifələri :

1.Təchizat üzrə mütəxəssis, təchizat departamentinin müdirinin göstərişləri əsasında şirkətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında vaxtlı-vaxtında zəruri əsas və köməkçi materiallarla, həmçinin mövcud normalara və məsrəf əmsallarına uyğun şəkildə, şirkətin fəaliyyətinin normal təşkili üçün tələb olunan nomenklatura və təyinatı üzrə avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirir;
2. Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, istər müqavilə ilə, istərsə nəğd ödəmə yolu ilə alınmasını təşkil etmək;
3. Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
4. Alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
5. Müqavilələr əsasında göndərilən mal-materialların sertifikata uyğun olmayan hallarda öz iradlarını bildirmək üçün müvafiq sənədləri hazırlayıb təqdim etmək;
6. Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
7. Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq;

Məsuliyyəti :

- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl olunmasına və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarının yerinə yetirilməsinə məsuliyyət daşıyır.

Namizədə tələblər:

Bilməlidir:

1. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini (satınalmalar haqda qanun);
2. Yuxarı orqanların və şirkət rəhbərliyinin əmr, sərəncam və qanunlarını;
3. Şirkətin idarəetmə strukturunu, texniki və iqtisadi inkişaf istiqamətlərini;
4. Mal-materialların alınması və mal göndərənlərlə satınalma müqavilələrinin bağlanması qayda və metodlarını;
5. Daxili nizam-intizam qaydalarını;
6. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və yanğından mühafizəsinin norma və qaydalarını;

Vəzifə tələbləri :

1. Ali texniki təhsilli;
2. Müvafiq sahələrdə 5-10 ildən az olmayaraq iş təcrübəsi olan;
3. Kompüter MS Ofis proqramları;
4. Dil bilikləri – Azərbaycan dili, ingilis dili, rus dili;

E-mail: hr@flyinn.az

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox